Azad İran
5.78K subscribers
36.2K photos
21.9K videos
15 files
9.42K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇮🇷İran Ali Məhkəməsi dörd etirazçı gənc barədə edam hökmünü qüvvədə saxlayıb😢

Ölüm cəzasına məhkum edilən etirazçıların adları:
Məhəmməd Buruğəni, Məhəmməd Qubadlu, Məhəmməd Hüseyni, Məhəmməd Mehdi Kərəmi.

حکم اعدام چهار نفر از معترضان
‏در دیوان عالی نظام تایید شده است:

‏⁧ محمد بروغنی⁩،‏⁧ محمد قبادلو⁩،‏⁧ محمد حسینی⁩،‏⁧ محمدمهدی کرمی⁩.

#molla_rejimi #etirazçılar #edam
🤬11
Qəzvinli müəllim həbs cəzası alıb😔✌️

Güney Azərbaycanın Qəzvin şəhərindən olan müəllim və Qəzvin əyaləti üzrə Müəllimlərin Həmkarlar İttifaqının keçmiş sədri Rəhim Sərkar 1 il azadlıqdan məhrum edilib.

Bununla yanaşı, azərbaycanlı müəllim cərimə edilib və 2 il müddətinə ölkədən çıxışına qadağa qoyulub.

Qeyd edək ki, bundan öncə də dinc mədəni fəaliyyətlərinə görə basqılarla üzləşən müəllim öyrəncilərin həbs edilməsinə etiraz etdiyinə görə cəzalandırılıb.(Gunaz)

محکومیت رحیم سرکار، رییس سابق کانون صنفی فرهنگیان استان قزوین

#Qəzvin #müəllim #həbs
🤬9
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Tehranın Yusifabad qəsəbəsində əhali molla rejiminə qarşı şüarlar səsləndirir: "Diktatora ölüm olsun!"

جمعه ۱۶ دی ۱۴۰۱، شعارهای شبانه در منطقه یوسف‌آباد تهران

#Tehran #molla_rejimi #şüar #etiraz
👍7
🇮🇷İranın keçmiş baş prokuroru ölkədəki mövcud vəziyyəti və etirazçılara ölüm hökmünün verilməsini tənqid edib

İranın sabiq baş prokuroru, hazırda isə Qum Elmi Hövzəsinin Müəllimləri və Tədqiqatçıları Birliyinin katibi olan Ayətullah Hüseyn Musəvi Təbrizi “Cəmaran” saytına verdiyi müsahibədə hakimiyyətin yanlış daxili və xarici siyasəti nəticəsində İran cəmiyyətinin düşdüyü fəlakətli durumdan bəhs edib.

“Mən təəccüblənirəm ki, xalqın bu qədər çətinliklər yaşadığı bir şəraitdə vəzifəli və məsul şəxslər necə yuxuya gedirlər? Onların əlində, şübhəsiz, dəqiq məlumatlar və statistika var, ölkədə nə qədər adamın ac olduğunu, inkişaf getmədiyini bilirlər və görürlər ki, işçilərin maaşı ayın ortasına qədər çatmır ” – deyən Ayətullah Musəvi Təbrizi daha sonra əlavə edib: “Mən çox vaxt bazara özüm gedirəm, görürəm ki, insanlar bizə başqa cür baxır, başqa cür danışırlar. Haqları da var. Elə düşünürlər ki, biz xalqın pulunu yemişik və camaatı ac qoymuşuq”.👇👇👇
👍4
Azad İran
🇮🇷İranın keçmiş baş prokuroru ölkədəki mövcud vəziyyəti və etirazçılara ölüm hökmünün verilməsini tənqid edib İranın sabiq baş prokuroru, hazırda isə Qum Elmi Hövzəsinin Müəllimləri və Tədqiqatçıları Birliyinin katibi olan Ayətullah Hüseyn Musəvi Təbrizi…
Mövcud sosial-iqtisadi böhranı hökumətin proqramının olmaması ilə izah edən ruhani daha sonra deyib: “Hökumətdə iqtisadi məsələlərin kimin ixtiyarında olduğu məlum deyil. Məlum deyil ki, xalqın mənafeyini kim düşünür və kim qoruyur. Bu gün məsul şəxslər bir proqram irəli sürür, iki aydan sonra vəziyyət daha da pisləşir. Belə olan halda camaat hökumətə niyə inanmalıdır? Hər ildə, hər altı ayda bir vəd verirlər, sonra da həmin vədə əməl etmirlər. Xalqın hakimiyyəti nə vaxta qədər dəstəkləyəcəyi məlum deyil. Xalqın dəstəyi qarşılıqlı və gerçək dəstək tələb edir. Xalqın dəstəyi o zaman real olur ki, hökumətdən, parlamentdən səmimiyyət və dəstək görür, proqramların nəticələrini əməli şəkildə öz həyatında və süfrəsində müşahidə edir”.

Son vaxtlar ölkədə fantastik həddə çatan inflyasiyadan danışan Ayətullah bunun paradoksal bir cəhətinə diqqəti cəlb edərək deyib: “Bizim pulumuz günbəgün dəyərini itirir, başqalarının, əcnəbilərin pulu daha da dəyərli olur. Öz pulumuzu dəyərdən salmaqla, söydüyümüz ölkələrin pulunu dəyərə mindiririk, onların iqtisadiyyatını gücləndiririk. “Amerikaya ölüm” deyirik, amma Amerikanın və onun tərəfdarlarının iqtisadiyyatının xeyrinə işləyirik”.

انتقاد دبیر کل مجمع محققین و مدرسین حوزه علمیه قم از شرایط کشور و حکم اعدام برای معترضان

#İran #Musəvi_Təbrizi #etirazçılar #edam #tənqid

Kanalımıza üzv olmağı unutmayın!
👍1
İran mediasından qərəzli TƏHLİL: “İsrailin Orta Asiyada təsir strategiyası

Tehranın “Əllamə Təbatəbai” Universitetinin müəllimi pr. Həmid Həkim İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının saytına müsahibə verib: “Sionist rejimin Mərkəzi Asiya və Qafqazda təbliğ etdiyi İslam ekstremizmi məsələsi bölgədə islami hərəkatları yatırtmaq məqsədi daşıyır”.

O deyib ki, İran bu hallarla bağlı xəbərdarlıq etməli və bu sahələrdə aktiv diplomatiya yürütməlidir. Son bir ildə İran hökuməti tərəfindən qarşıya qoyulan qonşulara diqqət yetirilməsi məsələsi çox dəyərlidir və bu proses davam etdirilməli, iqtisadi, mədəni, sivilizasiya sahələrində əməkdaşlıq ön plana çəkilərək daha fəal və aktiv olmalıdır.

“İran hərtərəfli əməkdaşlıq sənədlərinin hazırlanması və icrası, xarici istehsal və ticarət tariflərində dəyişikliklər yolu ilə bu sahələrdə varlığını artırmaq üçün qısamüddətli və uzunmüddətli həll yolları düşünməlidir...”,-o əlavə edib.

#İran #İsrail #Orta_Asiya #strategiya

Kanalımıza üzv olmağı unutmayın!
👎3👍1
🇮🇷Molla rejimi qadın jurnalisti cəzalandırdı🤬✌️

Tehrandakı etirazların ilk günlərində həbs olunan və dekabrın 20-də zaminə buraxılan fotojurnalist Yəlda Moiri cəzalandırılıb. O, 6 il şərti həbs, 2 il telefondan istifadə etməmək, 2 il Tehranda yaşamaq qadağası və 2 ay bağçalarda təmizlik işi aparmaq kimi cəzalara məhkum edilib.

Qeyd edək ki, Yəlda Moiri etirazlar zamanı polis və “təhlükəsizlik qüvvələrinin” küçələrdə törətdiyi vəhşilikləri, qadınlara qarşı zorakılıqları üzə çıxaran jurnalistlərdən biri olub.

#Tehran #jurnalist #cəza
🤬8
İran hökuməti Araz çayından yeni su kəmərinin çəkilişinə start verib

İran Araz çayından şimal-qərbdəki şəhər və sənaye bölgələrinə su tədarükü ilə bağlı layihənin icrasına başlayıb.

“Fars” xəbər ajansının məlumatına görə, layihənin icrasına Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın sərhəddindən 20 km məsafədə yerləşən Zal kəndindən boru kəmərinin çəkilişi ilə start verilib.

Layihəyə əsasən 2026-cı ilə qədər Şərqi Azərbaycan əyalətinin paytaxtı və İranın altıncı ən böyük şəhəri Təbrizdə, həmçinin onun ətrafında yerləşən şəhər və kəndlərdə yaşayan 1,75 milyon insanın su ilə təmin edilməsi planlaşdırılır.

آغاز خط انتقال آب از ارس به تبریز پس از ۱۰ سال
👍4🤬3
🇮🇷TƏCİLİ: İranda daha iki etirazçı gənc edam edildi😢😡

İranda etirazlar zamanı həbs olunan iki nəfər Kərəc şəhərində edam olunub.

“Fəraru” saytının verdiyi xəbərə görə, etirazlar zamanı yarımhərbi "Bəsic" qüvvələrinin üzvü Seyid Ruhullah Əcəmyanın ölümündə günahkar bilinən Məhəmməd Hüseyni və Məhəmməd Mehdi Kərəmi bu gün səhər Kərəcdə dar ağacından asılıblar.

محمدمهدی کرمی و سیدمحمد حسینی، از دستگیرشدگان اعتراضات اخیر اعدام شدند.

#İran #etirazçılar #edam

Kanalımıza üzv olmağı unutmayın!
🤬9😢42
Molla rejimi azərbaycanlı rəssam qızı həbs edib😔✌️

Ötən gün Təbriz İncəsənət Universitetinin heykəltəraşlıq fakültəsinin öyrəncisi Şaqaiq Əlizadə İran təhlükəsizlik qüvvələri tərəfindən tutulub.

Ona qarşı irəli sürülən ittiham və harada saxlanıldığı barədə hələlik məlumat yoxdur.

Xatırladaq ki, 21 yaşlı Şəqaiq əslən Urmiyalıdır.

بازداشت شقایق علیزاده، نقاش ۲۱ ساله اهل ارومیه از سوی نیروهای امنیتی

#Urmiya #Səgaiq_Əlizadə #həbs

Kanalımıza üzv olmağı unutmayın!
🤬11🤯1
🇮🇷 İranın ali rəhbəri rejimin yeni baş polis komandanını təyin edib

General Əştərinin yerinə briqada generalı Əhmədrza Radan təyinat alıb.

#İran #polis
🤮111
Azad İran pinned a photo
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷Sistan və Bəluçestan əyalətinin Zahedan şəhərində etnik bəluçlar yenidən ayağa qalxdı

Etirazçılar molla.rejiminə qarşı "nə şah, nə dini rəhbər, demokratiya və bərabərlik" şüarı səsləndiriblər.

شعار مردم بلوچ:
"نه سلطنت نه رهبری دموکراسی برابری"
👍15😁1
Güney Azərbaycanda erməni fitnəsi haqqında kitab işıq üzü görüb

Pəhləvi hakimiyyəti dövründə İranda baş nazir olmuş Məhəmmədəli Furuğinin "Erməni üsyanı" adlı kitabı çapdan çıxıb. Kitab urmiyalı tarixçi və tədqiqatçı Tohid Məlikzadə tərəfindən nəşrə hazırlanıb.

Azərbaycanlı tədqiqatçının geniş ön söz yazdığı kitabda Osmanlı imperiyasında ermənilərin üsyanı, bunun kökləri və törətdikləri əməllər inkarolunmaz faktlarla təqdim olunub.(AZfront)

#Guney_Azərbaycan #erməni_fitnəsi #kitab

Kanalımıza üzv olmağı unutmayın!
14👍2👏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷Bura Sənəndəc şəhəridir.

Gənc qız üzərində "Kürdlər və bəluçlar qardaşdır, rəhbərin (Xameneyi) qanına susamışdır" və "Zahedan tək deyil, Kürdüstan onun dayağıdır" yazılmış plakatı nümayiş etdirir.

کرد و بلوچ برادرند، تشنه خون رهبرند» و «زاهدان تنها نیست، کردستان پشتیبانش است

#Sənəndəc #Xameneyi #şüar
8👍1👏1
🇮🇷Bu günlərdə Tehranda "General Qasım Süleymaninin məktəbinə həsr olunmuş birinci beynəlxalq konfrans" keçirilib.

Tədbirin xüsusiyyəti ondan ibarət olub ki, konfransda qatı anti-Azərbaycan mövqeyi ilə tanınan "Hüseyniyyun" terror təşkilatının başçısı Tohid İbrahimbəylinin anası Südabə İbrahimbəyli iştirak və çıxış edib.

Qeyd edək ki, sözügedən təşkilat Qasım Süleymaninin dəstəyi ilə yaradılıb.

#İran

Kanalımıza üzv olmağı unutmayın!
🤮10👍2👎2