Azad İran
5.77K subscribers
36.2K photos
21.9K videos
15 files
9.42K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
Avropa Birliyi İranın 14 yüksək rütbəli zabitinə sanksiya tətbiq edib

27 Avropa ölkəsi SEPAH zabitləri: general-mayor Seyid Əbdürrəhim Musəvi, general Məhəmməd Tağı Usanlu, general Məhəmməd Abdullahpur, general Mohsen Kərimi, general Amanullah Qərşasbi, general Əlirza Heydərnia, general Bəhmən Rihani, general Səyavəş Müslümi, general Əhməd Zülqədər, general Murtəza Kəşkuli, general Şahsavirib, polkovnik Məcid Suri, polkovnik Murtaza Cokar və polkovnik İsa Bayatı sanksiya siyahısına əlavə edib.

اتحادیه اروپا ١۴فرمانده نظامی ایران را تحریم کرد

#İran #etiraz #insan_haqları #molla_rejimi
👍16
Tehranda 400 etirazçıya hökm oxunub 🔥

Tehran əyalətinin məhkəmə sədri etirazçıların işinə baxılmasına toxunaraq deyib: "160 nəfər 5 ildən 10 ilədək, 80 nəfər 2 ildən 5 ilə qədər, 160 nəfər 2 ilədək müddətə azadlıqdan məhrum edilib və 70 nəfərə maliyyə cəzası verilib".

#Tehran #məhkəmə #etirazçılar #həbs #sanksiya

https://www.facebook.com/azadiranmedia?mibextid=ZbWKwL
🤬12👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İranın ETTELAAT naziri etirazçıların hədələdi: "İğtişaşlarda rol oynayan hər kəs dünyanın harasında olur-olsun, cəzalandırılacaq"

وزیر اطلاعات: هرکسی که در اغتشاشات و آشوب‌ها نقشی داشته، در هرکجای دنیا باشد مجازات خواهد شد.
🤬22😁4👍3👎1
Xameneyinin xarici siyasəti də dalana dirənib

17 oktyabr 2018-ci ildə İranın "elmi elita və yüksək istedadlı gəncləri" ilə görüşdə Xameneyi elm və texnologiya sahəsində inkişaf etməkdə olan ölkələrlə əlaqələrin genişləndirilməsi ilə bağlı demişdi: "Belə ölkələr əsasən Asiyadadır, ona görə də biz Şərqə baxmalıyıq, Qərbə yox".

İslam Respublikasının Şərqə yönəlik siyasəti Əhmədinejadın prezidentliyi dövründən bu yana İslam Respublikasının xarici siyasətində bir strategiya olaraq və İslam Respublikasının ömürlük diktatoru olan Seyid Əli Xameneyinin göstərişi ilə müəyyən edilib.

İndi Çin liderinin Səudiyyə Ərəbistanına səfəri və Səudiyyə Ərəbistanı, habelə Körfəz ölkələri ilə müqavilələr imzalaması ilə belə görünür ki, İslam Respublikasının bu strateji siyasəti, Şərq və xüsusilə Çinlə bağlı siyasəti dalana dirənib.

سیاست خارجی خامنه ای هم به بن بست رسید

#İran #Xameneyi #uğursuz_siyasət
👍7
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Təbriz Tibb Elmləri Universitetinin öyrənciləri Mohsen Şekari və Məcidrza Rəhnəvərdin zalım molla hökuməti tərəfindən edamına etiraz olaraq kəndirləri kəsib qanlı köynəklərlə səssiz aksiya keçiriblər🔥✌️

تجمع سکوت اعتراضی دانشجویان در تبریز

#Təbriz #umiversitet #öyrəncilər #etiraz
👍13
Təbriz Tibb Elmləri Universitetinin öyrənciləri bugünki aksiyada bütün vətəndaşların etirazlara qoşulmağa çağıran şüarlar yazılmış plakat qaldırıblar:

"Gərək sənin də #valideynlərini #edam etsinlər ki, etiraz edəsən?
İllərcə axıb qan su yerinə,
düşürük saralan yarpaqlar kimi, bu #ölkədə #ağaclar dar #ağacıdır!"

#Təbriz #öyrəncilər #etiraz
12
Repressiv hökumət Təbrizdəki sənaye müəssisələrində mazut yandırmaqla şəhərin havasını acınacaqlı vəziyyətə salır🔥🤬

تداوم مازوت سوزی و وضعیت وخیم هوای تبریز‌

#Təbriz #repressiv_rejim #hava #mazut
🤬10
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Berlində yaşayan iranlılar İran səfirliyi qarşısında etiraz aksiyası keçiriblər🔥

Aksiya iştirakçıları molla rejiminin gəncləri edam etməsinə etiraz edir və xaricdə yaşayan iranlıları İran səfirlikləri qarşısına toplaşmağa çağırıblar.

#Berlin #iranlılar #aksiya

https://www.facebook.com/azadiranmedia?mibextid=ZbWKwL
👏5👍1
Tehran Universitetinin İncəsənət fakültəsinin öyrənciləri universitetin girişində Mohsen Şekari və Məcidrza Rəhnəvərdin edam edilməsinə etirazlarını bildirən plakat asıblar✌️

در اعتراض به احکام اعدام و سرکوب فراگیر؛ پردیس هنرهای زیبا دانشگاه تهران

#Tehran #universitet #öyrəncilər #etiraz #plakat

https://www.facebook.com/azadiranmedia?mibextid=ZbWKwL
👏8👍2
Fransa İranın müvəqqəti işlər vəkilini XİN-ə çağırıb🇫🇷🇮🇷

فرانسه کاردار ایران را احضار کرد

#Fransa #XİN #İran
👍2
Hərbi ekspert Pol İdon “Forbes” jurnalı üçün məqaləsində yazır ki, Tehranın Rusiyadan “Suxoy-35” qırıcı təyyarələr alması heç də İran üçün regional havadan müdafiə üstünlüyünə gətirib çıxarmır, çünki İran qonşularının hərbi hava qüvvələri bundan qat-qat artıqdır.

Ekspertin fikrincə, İran Hərbi Hava Qüvvələrinin köhnəlmiş "F-14" və "MiQ-29"-ları yeniləri ilə əvəz etmək üçün ən azı 60 ədəd 4-cü və 5-ci nəsil qırıcıya ehtiyacı var.

Ona görə də Rusiya İrana 25 "Suxoy-35" versə belə, Tehran yenə də ölkənin cənubundakı qonşularından daha zəif olacaq.

#Tehran #havadan_müdafiə #hərbi_qüvvələr

https://www.facebook.com/azadiranmedia?mibextid=ZbWKwL
👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İtaliyada yaşayan iranlılar İranın Milandakı konsulluğuna gələrək repressiv molla hökumətinin azadlıqsevərlətə qarşı ölüm hökmü və həbslərinə öz etirazlarını bildirib və anti-rejim şüarlarla çıxış ediblər✌️🔥

Çıxış edənlər İranda hökumətin 60-dan çox uşağı öldürməsini xüsusi qeyd edib və "İslam Respublikasına ölüm olsun" şüarı səsləndiriblər.

امروز سه‌شنبه، ۲۲ آذر ۱۴۰۱، گروهی از ایرانیان معترض در‌ #میلان ایتالیا با ،حضور در کنسولگری جمهوری اسلامی به #اعدام و کشتن معترضان در ایران #اعتراض کردند.

#İtaliya #İran #konsulluq

https://www.facebook.com/azadiranmedia?mibextid=ZbWKwL
👏9👍3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Amerikada yaşayan #endokrinoloq #doktor İlahə Tolui Həmid Qarahəsnlinin tərəfdarı olaraq İran hökumətini #siyasi #məhbuslara qarşı #edam və həbsləri dayandırmağa çağırıb🔥

Doktor İlahə Tolui deyir: "Biz həkimlər and içmişik ki, insanlığa xidmət edək, ona görə bizi edam etməyin!"

حمایت جهانی پزشکان برای نجات دکتر حمید قره‌حسنلو

#Amerika #həkimlər #edam #etiraz
👍15
This media is not supported in your browser
VIEW IN TELEGRAM
SON XƏBƏR:
Tehranın Baqerşəhr qəsəbəsində azadlıqsevərlər bələdiyyə binasına od vuraraq hökumətdən edamlara son qoymağı tələb ediblər🔥

به آتش کشیدن شورای شهر باقرشهر

#Tehran #bələdiyyə #edama_yox
👍15
Tehranın Surə Universitetinin öyrənciləri güclü yoxlama və maneələrə baxmayaraq hökumətin azadlıqsevərləri edam etməsinə qarşı etiraz aksiyası keçiriblər🔥

Narazı öyrəncilər Mohsen Şekari və Məcidrza Rəhnəvərdin edam edilməsindən qəzəbləndiklərini bildirən şüar səsləndiriblər: "Mohsenimizi apardılar, cənazəsini gətirdilər!"

#Tehran #öyrəncilər #etiraz #aksiya

تجمع دانشجویان دانشگاه سوره در اعتراض به احکام اعدام، علی‌رغم جو امنیتی و ضبط کارت و گوشی تعدادی از دانشجویان.

https://www.facebook.com/azadiranmedia?mibextid=ZbWKwL
👍6
Britaniya Ukrayna savaşında istifadə üçün Rusiyaya dron göndərdiyinə görə İrana qarşı yeni sanksiyalar tətbiq edib

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi dekabrın 13-də baş icraçı direktor Yusif Abutalebi və Abdullah Mehrabi ilə birlikdə kamikadze dron mühərrikləri təchizatçısı olan "Ouce-fəraze ma do nəfər" (MADO) adlı şirkət və SEPAH-ın Aerokosmik Qüvvələrinin tədqiqat cihadı və özünütəminat təşkilatının rəhbəri Əfşin Xacəfərə sanksiya tətbiq etməsi ilə bağlı bəyanat yayıb.

Britaniya Xarici İşlər Nazirliyi bildirib ki, İran istehsalı olan insansız uçaqlar Ukraynada mülki şəxslərə qarşı "amansız hücumlarda” əsas rol oynayıb.

Xatırladaq ki, dekabrın 9-da ABŞ İranın
beynəlxalq hüquqi öhdəlikləri pozaraq hərbi müttəfiqi olan Rusiyaya yüzlərlə dron göndərməsinə dair məlumat yaymışdı.

#Britaniya #İran #Sepah #sanksiya #dron

https://www.facebook.com/azadiranmedia?mibextid=ZbWKwL
👏10👍2
Xameneyinin "Twitter" hesabının silinməsi tələbi ilə İlon Maska ünvanlanan onlayn petisiyaya 100 mindən çox imza atılıb

#petisiya #Xameneyi #İlon_Mask #Tvitter

https://www.facebook.com/azadiranmedia?mibextid=ZbWKwL
👏23👍7
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Tehranda azadlıqsevərlər xalqa divan tutan radikal və yarımhərbi "Bəsic" qüvvələrinə məxsus qərargaha od vurdular🔥

تهران - کوکتل باران پایگاه بسیج

#Tehran #Bəsic #qərargah
👍19🔥2👏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Almaniyanın Avropa Parlamentindəki nümayəndəsi Hanna Neuman: “İrandakı bu sistem devrilməlidir və 40 il öncəki qətl və edamlarda hazırki İran prezidenti İbrahim Rəisinin rolu olub 🔥🤬

"O, əlavə edib: "Biz İslam Respublikasında baş verən cinayətlərin vəziyyətini daim araşdırmalı və beynəlxalq ictimaiyyəti öz ətrafımızda birləşdirməliyik”.

#Almaniya #Avroparlament #İran_rejimi #İbrahim_Rəisi #cinayət
👏20👍3