Azad İran
5.77K subscribers
36.2K photos
22K videos
15 files
9.42K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
SON XƏBƏR: İranda SEPAH generalı həbs edildi

İran İnqilabının Keşikçiləri Korpusunun keçmiş komandirlərindən general Məhəmməd Bağır Bəxtiyar İran təhlükəsizlik qüvvələrinin evinə hücumu nəticəsində həbs edilib və şəxsi əşyaları da müsadirə olunub.

Bəxtiyar daha əvvəl bir audio fayl yayaraq İslam Respublikası hökumətini Məhsa Əmininin ölümünün əsl səbəblərini gizlətməkdə günahlandırmışdı.

O, bildirib ki, məhkəmə-tibb ekspertizasının etibarlı mənbələri 22 yaşlı gənc qızın ölümünə “kəllə sümüyünün zədələnməsi diaqnozu qoyublar".

İran rəsmilərini “ambisiyalı və şəxsiyyətsiz” adlandıran keçmiş SEPAH komandiri demişdi ki, əgər “sağlam düşüncə” bu hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb üzr istəsəydi, hökumət daha az acınacaqlı nəticələrlə qarşılaşa bilərdi.

"Artıq xalqın əsas hədəfi rəhbərdir, şüarlar bir başa ona qarşı yönəlib. Bunu başa düşün ki, xalq artıq sizi istəmir",-deyə, general Məhəmməd Bağır Bəxtiyar səs yazısında bildirmişdi.👇👇👇
👍8
Azad İran
SON XƏBƏR: İranda SEPAH generalı həbs edildi İran İnqilabının Keşikçiləri Korpusunun keçmiş komandirlərindən general Məhəmməd Bağır Bəxtiyar İran təhlükəsizlik qüvvələrinin evinə hücumu nəticəsində həbs edilib və şəxsi əşyaları da müsadirə olunub. Bəxtiyar…
Generalın həbs xəbərini təsdiq edən İranın "Səham News" saytı onun harada saxlanıldığı barədə məlumat verilmədiyini yazıb.

O, İran-İraq müharibəsi dövrünün əsas komandirlərindən biri və SEPAH-ın hərbi dəniz qüvvələrinin qurucularındandır.

بازداشت یک سردار سپاه در منزل شخصی خود

#SEPAH #general #həbs
🔥7
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İsfahan neftayırma zavodunun yanacaq tankerlərinin sürücüləri xalq etirazlarına dəstək məqsədilə tətil keçirir✌️🔥

#İran #zavod #etiraz #tətil

https://www.facebook.com/azadiranmedia?mibextid=ZbWKwL
👍13
İranda iki yeniyetmə etnik bəluç edam oluna bilər😢🤬

İranın Sistan və Bəluçistan əyalətinin Zahidan şəhər zindanında saxlanılan 16 və 17 yaşlı Əli və Məhəmməd Rəxşani barəsində ağır ittiham irəli sürüldüyü bildirilir.

Bəluç Fəalların Kampanyasının verdiyi xəbərə görə, Zahidan Məhkəməsi yeniyetmələr barəsində " müharibə (hakimiyyətə qarşı)" hökmünün çıxarıldığını onların vəkili Əli Kərimiyə bildirilsə də, hökmün təfərrüatı barədə heç bir açıqlama verilməyib.

İrəli sürülən ittiham İran qanunlarına görə ən ağır cəza olan edamla nəticələndiyi üçün yeniyetmə bəluçların asılacaqları təhlükəsi yüksəkdir.

Məlumatda 64 gün öncə tutulan Əli və Məhəmməd Rəxşaniyə ailələri ilə görüşmək və danışmaq icazəsi verilmədiyi deyilir.(Gunaz)

حکم قضایی دو کودک بلوچ متهم به «محاربه» در زاهدان صادر و ابلاغ شد

#İran #etnik_bəluç #yeniyetmə #edam #etirazlar
🤬14👎1
İranın Bəndər Ənzəli şəhərində hökumət qüvvələri tərəfindən güllələnərək öldürülən Mehran Sumak adlı gənc oğlanın dəfn mərasimində böyük izdiham😢😡✌️

#İran #repressiya #xalq #molla_rejimi

https://www.facebook.com/azadiranmedia?mibextid=ZbWKwL
😢9🔥2
Azərbaycan mətbuatı Qarabağa qeyri-qanuni səfər edən 14 əcnəbinin İran İslam Respublikasının vətəndaşları olduğunu yazır😡

Oktyabrın 25-də iranlılar 34-QA-444 seriya nömrəli “Mercedes-Benz” markalı avtomobillə RMK sərhəd-keçid məntəqəsindən keçərək Xankəndiyə gediblər və hazırda orada yerləşiblər!

مطبوعات آزربایجان گزارش می دهند که 14 نفر از خارجیانی که به طور غیرقانونی به قره باغ سفر کرده اند، اتباع جمهوری اسلامی ایران هستند.

ایرانی ها در سوم آبان ماه با یک دستگاه خودروی «مرسدس بنز» به شماره سریال 34-QA-444 از ایست بازرسی RMK عبور کردند و به خانکندی که هم اکنون نیز در آنجا مستقر هستند،رفتند!

#İran_vətəndaşları #Qarabağ #qanunsuz_səfər
🤬12👍4
"Vaşinqton Post": "İran cinayətkar qruplar vasitəsilə müxalifləri oğurlayır və öldürür"

“Washington Post” qəzetində dərc olunan araşdırma yazısına görə, İran hökumətinin xaricdə yaşayan müxaliflərə qarşı planları barədə yazı dərc edib.

Qəzet Tehran hökumətinin müxaliflərə qarşı sui-qəsdlərdə cinayətkar dəstələrin, o cümlədən bahalı daşlar qaçaqmalçılığı ilə məşğul olan şəxslərin xidmətindən istifadə etdiyini yazır.

Qeyd olunan məlumatlar "Vaşinqton Post" qəzetinin Amerika və Avropa ölkələrinin 15 rəsmi və təhlükəsizlik qurumlarının rəsmiləri ilə apardığı müsahibələr, əldə edilən kəşfiyyat sənədləri əsasında hazırlanıb.

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat idarəsi və Qüds qüvvələri sui-qəsd əməliyyatlarının planlaşdırılmasında əsas rol oynayan iki qurum kimi qeyd edilib.
👍7🤬2
Media is too big
VIEW IN TELEGRAM
İranın repressiv qüvvələri bu gün, dekabrın 2-də etirazları yatırmaq üçün Zahedana göndərilib😡✌️

Videoda 10 avtomobil olduğu bildirilən qoşunların Sefidabe bölgəsindən keçdiyi görünür.

‏ زاهدان _ اعزام نیروهای سرکوبگر از بیرجند به سمت زاهدان جهت سرکوب اعتراضات روز جمعه ۱۱ آذر

در این ویدیو عبور نیروها که تعداد ده خودرو گزارش شده است را در منطقه سفیدآبه نشان می دهد.

#Zahedan #İran #repressiv_qüvvələr #etirazlar
🤬9👍1
Həbsdə olan təbrizli qızın həyatı təhlükədədir😔🤬🤘

İranda etirazlar zamanı hökumət qüvvələri tərəfindən oğurlanaraq Vəramin şəhərindəki Qərçəq həbsxanasına aparılan 23 yaşlı azərbaycanlı qız Roşənək Mövlayi indi naməlum yerə köçürülüb.

Yaxınlarının verdiyi məlumata görə, bir neçə gündür ki, təhlükəsizlik qüvvələri onu digər etiraz qız Qolrox İrayi ilə birlikdə həbsxanadan qaçıraraq naməlum yerə köçürüb.

Qeyd edək ki, Roşənək Mövlayi əslən Təbrizdəndir.

جان روشنک مولایی دختر آزربایجانی محبوس اهل تبریز در خطر است

روشنک مولایی دختر ۲۳ ساله‌ آزربایجانی که درجریان تظاهرات‌ها ربوده شد و به زندان قرچک ورامین منتقل شد، حال به مکان نامعلومی منتقل شده است.

بنا به گزارش از نزدیکان وی ، چند روز است که نیروهای امنیتی او را به همراه گلرخ ایرایی از زندان ربوده و به مکانی نامعلوم منتقل کرده اند. #روشنک_مولایی‌ اصالتا اهل تبریز است.

#İran #repressiv_qüvvələr #güneyli_fəal #etirazlar
🤬15👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İranın Bəndər Abbas şəhərində qəzəbli gənclər Molotov kokteyli ilə Xomeyni və Xameneyinin banerini yandırdı🔥✌️

بندرعباس؛ جوانان خشمگین بنر خمینی و خامنه ای را با مولوتوف کوکتل به آتش کشیدند

#İran #etiraz #xalq #molla_rejimi
👍16🥰1
İranın Baş prokuroru: "Ölkədə vəziyyət müharibə dövründəkindən də pisdir, 15 gündən sonra hicab məsələsi müəyyənləşəcək"

İslam Respublikasının baş prokuroru Məhəmməd Cəfər Müntəziri dekabrın 1-də xalqın ümummilli etirazlar zamanı gərginləşən ölkənin vəziyyəti haqqında deyib: “İndiki şərait və təzyiqlər İran-İraq müharibəsi dövründən daha pis və qat-qat çoxdur”.

İslam Respublikasının digər rəsmiləri kimi, Müntəziri də xalq etirazları barədə yalan danışıb və “inqilab düşmənləri” və “Amerika və İsrail”in təxribatları kimi həmişəki sözləri təkrarlayıb və fitnə salmaq üçün “separatçıların” müdaxiləsi və “ölkəyə silah gətirilməsi” ssenarisini ortaya atıb.

محمدجعفر منتظری، دادستان کل: اوضاع از دوران جنگ بدتر است، تا ۱۵ روز دیگر تکلیف حجاب مشخص می‌شود

#İran #Baş_prokuror #hicab
😁12🤬2
İranın Divandərə şəhərində hökumət məhkəməsi Kürdüstan Müəllimlər Birliyinin dörd üzvünü “milli təhlükəsizliyə zidd fəaliyyət aparmaq”da ittiham edərək ədalətsiz hökm çıxarıb

Omid Şahməhəmmədi 5 il, Pərviz Əhsəni, Kave Məhəmmədzadə və Hiva Qureyşi isə hər biri 5 il şərti həbs cəzasına məhkum ediliblər.

قوه قضاییه حکومتی به چهار عضو انجمن صنفی معلمان کردستان ــ دیواندره، به اتهام اقدام علیه امنیت ملی احکام ناعادلانەی صادر کرد
امید شاه‌محمدی به ۵ سال حبس تعزیزی و پرویز احسنی، کاوه محمدزاده و هیوا قریشی هر یک به ۵ سال حبس تعلیقی محکوم شده‌اند.

#molla_rejimi #müəllimlər #həbs
🤬13
Təbrizli millət vəkili: "Danışmaq istəyəni Xameneyiyə qarşı olmaqda ittiham edirlər"

İran parlamentinin Təbrizdən seçilmiş deputatı Məsud Pezeşkian ölkədə müxalif düşüncəyə qarşı dözümsüz davranıldığını söyləyib.

O, universitet, parlament, dövlət idarələri və başqa bu kimi yerlərdə yeni fikir irəli sürənləri rəhbərə qarşı müxalif olmaqda günahlandırıldığını deyib.

"Ümumiyyətlə bizim problemimiz dialoq qaydalarını bilməməyimizdir. Məntiqli cavab verməkdən aciz olan səlahiyyətlilər qarşı tərəfi ölkənin dini rəhbərinin əleyhinə çıxmaqda ittiham edirlər",-deyə, Təbrizin millət vəkili bildirib.(Gunaz)

مسعود پزشکیان: کسانی که می خواهند حرف بزنند، متهم به مخالفت با رهبری می شوند
👍14
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İranın Rask şəhərində etirazçılar rejimin terror qrupu olan Bəsicin banerinə od vurdu🔥✌️

راسک: به آتش کشیدن بنر بسیج توسط معترضان

#İran #etirazçılar #bəsic #molla_rejimi
10🔥2
Media is too big
VIEW IN TELEGRAM
Bu dəqiqələrdə:
SEPAH qüvvələri Cavanrud şəhərində nümayişçilərə birbaşa atəş açdı: 7 nəfər həlak oldu
😡🔥

Videodan görünür ki, noyabrın 21-də Cavanrud aksiyalarının qurbanlarından ikisinin dəfn mərasimi keçirildikdən sonra İnqilab Keşikçiləri Korpusunun qüvvələri mitinq iştirakçılarını atəşə tutub. Bu şəhərdə keçirilən etirazlar zamanı SEPAH qüvvələri tərəfindən azı 7 nəfər həyatını itirib.

شلیک مستقیم نیروهای سپاه به تظاهرکنندگان در جوانرود که منجر به کشته شدن ۷ تن از مردم شد

در این ویدیو دیده می‌شود نیروهای سپاه پاسداران در تاریخ ۳۰ آبان پس از برگزاری مراسم خاکسپاری دو تن از جان‌باختگان اعتراضات جوانرود معترضان را به رگبار می‌بندند. در جریان اعتراضات این شهر حداقل ۷ نفر با تیراندازی نیروهای سپاه پاسداران کشته شدند.

#SEPAH #nümayişçilər #etirazçılar #xalqa_atəş_açma
🤬17😢1
Güneyli fəala 18 ay həbs cəzası verildi😡✌️

Qırtlaq əlilliyindən əziyyət çəkən və vəkillə təmin edilməyən Fərşid Mühaciri adlı Güney azərbaycanlı məhbus 18 ay müddətinə azadlıqdan məhrum edilib.

O, İranın hökumət qüvvələri tərəfindən Zəncan şəhərində tutulan azərbaycanlılardan biridir.

Fərşid Mühaciri qırtlağında problemlər olduğu üçün tam nitq qabiliyyətinə malik olmasa da, məhkəmə onu videokonfrans vasitəsilə müdafiəsini etməyə məcbur edib. O, eyni vaxtda vəkillə təmin olunmaq hüququndan məhrum edilib. (Azenglish News)

فرشید مهاجری شهروند آذربایجانی با معلولیت حنجره به ۱۸ ماه زندان محکوم شد

#Güneyli_fəal #həbs #İran_rejimi
🤬12👍2
“The Washington Post”: SEPAH fransalı yəhudi yazıçısına sui-qəsd cəhdi edib

İslam Respublikasının Qərb ölkələrində cinayətkar fəaliyyətləri ilə bağlı aparılan geniş araşdırmaya əsasən, İran İnqilabının Keşikçiləri Korpusunun Qüds Qüvvələri bir fransız yazıçısına sui-qəsd planlaşdırıb.

Fransanın “Fiqaro” qəzeti Amerikanın “Washington Post” nəşrinə istinadən yazıb ki, İran İslam Respublikası fransız yəhudi yazıçısı Bernard-Henri Levyi öldürməyi planlaşdırıb.

“Washington Post” Qərb və Yaxın Şərq rəsmilərinə istinadən yazıb ki, İranın təhlükəsizlik orqanları dünyanın müxtəlif yerlərində rejim əleyhdarlarını təhdid etmək, qaçırmaq və öldürmək üçün cinayətkar dəstələrdən geniş istifadə edir və bu tendensiya son iki ildə əhəmiyyətli dərəcədə artıb.👇👇👇
👎3
Azad İran
“The Washington Post”: SEPAH fransalı yəhudi yazıçısına sui-qəsd cəhdi edib İslam Respublikasının Qərb ölkələrində cinayətkar fəaliyyətləri ilə bağlı aparılan geniş araşdırmaya əsasən, İran İnqilabının Keşikçiləri Korpusunun Qüds Qüvvələri bir fransız yazıçısına…
Sözügedən nəşr bu haqda bildirərkən “hökumət sənədlərinə” istinad edərək əlavə edib ki, bununla bağlı “ABŞ, Avropa və Yaxın Şərq ölkələrinin kəşfiyyat xidmətlərinin 15-ə yaxın rəsmisi” ilə danışıb.

Bu mənbələr Washington Post-a bildiriblər ki, İran hökuməti Tehranın maraqlarına qarşı çıxan Qərb fiqurlarına, siyasi fəallara və ya jurnalistlərə qarşı qətl və adam oğurluğu planlarını qorxulu dərəcədə artırıb.

گزارش واشنگتن‌پست از تلاش سپاه پاسداران برای ترور یک نویسنده یهودی فرانسوی

#SEPAH #fransalı_yazıçı #sui_qəsd
👎3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İranşəhr şəhərində diktatora ölüm şüarı ilə etirazlar başlayıb🔥✌️

ایرانشهر: شروع اعتراضات با شعارهای "مرگ بر دیکتاتور"

#İran #xalq #etiraz #molla_rejimi
👍12
İranlı qadın fəal işgəncə izləri ilə (gözləri göyərmiş) həbsdən azad edildi😔🤬✌️

İranın Ərak şəhərində keçirilən etiraz aksiyalarının fəal iştirakçılarından olan Mina Yaqubi məhkəmə iclasına qədər zaminə buraxılıb.

Dekabrın 1-də Minanın həbsdən evinə qayıtması ilə bağlı sosial şəbəkələrdə yayılan videoda onun üzündə işgəncə izləri görünür.

Qeyd edək ki, daha öncə “Mərkəzi” Əyalətinin Ədliyyə İdarəsi Minanın iki dəfə intihara cəhd etdiyini açıqlasa da, özü bu iddianı təkzib edib.

مینا یعقوبی از معترضان بازداشتی با آثار شکنجه (چشمان کبود) آزاد شد

#İran #xalq #etiraz #molla_rejimi
👎6🤬3👍1