Azad İran
5.78K subscribers
36.2K photos
21.9K videos
15 files
9.42K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
İranlı müxalif jurnalist İrana təhvil verilib

İran hökumətinə müxalif jurnalist Məhəmmədbaqir Muradi ailəsi ilə qısa telefon danışığında İrana təhvil verildiyini deyib.

Tanınmış jurnalist və media fəalı Muradi hazırda İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) təcridxanasında saxlanılır.

Bundan öncə Türkiyə mediası jurnalistin atasına istinadən onun mayın 30-da Türkiyənin paytaxtı Ankarada yoxa çıxdığını və İrana təhvil verilmə ehtimalı barədə yazmışdı.

İnsan haqları təşkilatlarının verdiyi məlumata görə, İranın təhlükəsizlik orqanı əməkdaşları Məhəmmədbaqir Muradinin atasına təzyiq göstərərək oğlunu televiziyada etiraflar verməyə qane etməsini tələb ediblər.

O, İranda dövlətə qarşı fəaliyyət ittihamı ilə 5 il müddətinə azadlıqdan məhrum edildikdən sonra Türkiyədə qaçqın statusu alıb.

محمد باقر مرادی، روزنامه‌نگار ایرانی که در ترکیه مفقود شد، در زندان سپاه پاسداران است

#İran #jurnalist
🤬12👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İranın Yəzd şəhərində magistral yolda Xameneyinin baneri rejimdən narazı xalq tərəfindən yandırıldı🔥

یزد: به آتش کشیدن بنر خامنه ای در بزرگراه از سوی مردم ناراضی از رژیم آخوندی

#İran #etiraz #molla_rejimi #baner

https://www.facebook.com/azadiranmedia?mibextid=ZbWKwL
👍12
İranlı generaldan qəribə təklif: “Məktəblərdə düşmənşünaslıq fənni tədris edilsin”😡

SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadə İranda orta məktəblərdə şagirdlərə düşmənşünaslıq fənninin tədris edilməsinin vacibliyini vurğulayıb.

Bu adam peyk, internet və sosial şəbəkələr dövründə iki vahid düşmənşünaslıq fənni keçməklə rejimin yenidən legitimlik qazanacağını düşünür.

Artıq 40 ildir ki, İran məktəblərində, mediada ideoloji dərslər keçirsiniz; bəs nəticə nə oldu?!

İran rejiminin yüksək səviyyəli mənsublarının intellektual və analitik səviyyəsi bu qədər cılız olarsa, ölkədə vəziyyətin belə acınacaqlı olması da təbiidir.
🔥6🤮5👍1
Media is too big
VIEW IN TELEGRAM
İranın Buşehr şəhərində xalqa divan tutan yarımhərbi və radikal "Bəsic" qüvvələrinin Sarallah qərargahı Molotov kokteyli ilə yandırıldı!🔥

Etirazçılar habelə "diktatora ölüm olsun" şüarı səsləndiriblər.

#İran #bəsic #xalq #etiraz

https://www.facebook.com/azadiranmedia?mibextid=ZbWKwL
🔥11👍1
İran mediası erməni separatçılarının atəşkəsi pozmasını Azərbaycanın iddiası adlandırdı🇮🇷🇦🇲

“İran Emrouz” saytı Qarabağda qanunsuz yerləşən silahlı erməni birləşmələrin Azərbaycan mövqelərini atəşə tutması xəbərini qərəzi şəkildə Azərbaycan tərəfinin iddiası adlandırıb:

“Bakı Ermənistan silahlı qüvvələrinin onun mövqelərinə hücum etdiyini iddia edib.

Azərbaycan Respublikası Ermənistan silahlı qüvvələrinin Qarabağda ölkənin hərbi mövqelərinə hücum etdiyini iddia edir.

Azərbaycan Müdafiə Nazirliyi çərşənbə günü Qarabağın Şuşa və Ağdam rayonları ərazilərində ölkənin hərbi mövqelərinin erməni silahlı dəstələrinin üzvləri tərəfindən hücuma məruz qalması barədə məlumat yayıb.

Nazirliyin məlumatına görə, bu hücum Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazilərdə baş verib.

“Azərbaycanın ordu birləşmələri cavab tədbirləri görüb”,-deyə Müdafiə Nazirliyinin açıqlamasında qeyd edilir.
👎5🤮5
İrandan Azərbaycana üzərində erməni dilində yazıları olan mallar göndərilib

Azərbaycan gömrükçüləri indiyə qədər rastlaşmadıqları hüquqpozma faktı ilə üzləşiblər.

Məlumata görə, Komitənin Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunda digər malların içərisindən gömrük orqanına bəyan edilməyən, üzərindəki yazılara görə Ermənistan istehsalı olan inşaat malları aşkar edilib.

İndiyədək ölkə ərazisinə qanunsuz yolla gətirilməsinə cəhd edilən Ermənistan malları adətən qida məhsulları və alkoqollu içkilərdən ibarət olub. Bu dəfə aşkara çıxarılan mallar isə inşaat işlərində istifadə edilən silikon məmulatı üçün 24.820 ədəd qab və silikon məmulatı qablarının qablaşdırılması üçün nəzərdə tutulan 1.050 ədəd boş karton qutu olub.

Bu mallarn İranda fəaliyyət göstərən şirkətin Azərbaycanda fiziki şəxsin ünvanına göndərdiyi müəyyən edilib.

Bəs üzərində erməni dilində yazıları olan bu mallar Azərbaycana nə məqsədlə gətirilib? Faktla bağlı Komitə və Dövlət Təhlükəsizlik Xidməti birgə araşdırma aparır.
🤬15👍1
TƏCİLİ: İranda ETTELAAT zabiti öldürüldü

Sistan-Bəluçistan əyalətinin Baş Təhlükəsizlik və Kəşfiyyat İdarəsi çərşənbə günü, noyabrın 30-da onun agentlərindən Əhməd Salehinin Zahedan şəhəri yaxınlığında əməliyyat zamanı öldürüldüyünü açıqlayıb.

Hökumət mediası onu Tehran Universitetinin Kərəc Kənd Təsərrüfatı İnstitutunun Tələbə Bəsic Təşkilatının keçmiş rəhbəri kimi təqdim edib.

Bildirilir ki, onun dəfn mərasimi cümə axşamı Zahidan şəhərində keçiriləcək və sonra o, Mazandaran əyalətindəki doğulduğu Sari şəhərinə aparılacaq.

کشته‌شدن یک مامور اطلاعاتی در عملیات تعقیب و گریز

#İran #ETTELAAT #zabit
👍19
İranın Elm və Sənaye Universitetinin tualetində Xameneyinin qana boyanmış şəkli çəkilib

#İran #Xameneyi #etiraz
😁195🤮1
“Black Reward” haker qrupu: Xameneyi İrandakı etirazların bitməsinə ümidsiz yanaşır

İranın ali rəhbərinə istinadla SEPAH-ın media xidmətinin məxfi hesabatında bildirilir ki, etirazlar yaxın zamanda bitməyəcək.

123 səhifəlik bu sənəd “Black Reward” haker qrupunun əldə etdiyi fayllar arasındadır. Sözügedən sənəd SEPAH-ın baş komandanı Hüseyn Səlami üçün bir nüsxədə hazırlanıb.(Guney AZfront)

#İran #Xameneyi #SEPAH #etirazlar
19👍4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Tehranın Rey şəhərində rejimi təbliğ edən baner narazı gənclər tərəfindən yandırıldı🔥

#iran #rejim #xalq

https://www.facebook.com/azadiranmedia?mibextid=ZbWKwL
🔥16
Tehran və Kərəc gəncləri 4, 5 və 6 dekabr tarixlərində keçiriləcək etiraz aksiyaları üçün traktat payladılar

جوانان در تهران و کرج برای اعتصابات ۱۴، ۱۵ و ۱۶ آذر اقدام به پخش تراکت کردند.
👍18
This media is not supported in your browser
VIEW IN TELEGRAM
SON XƏBƏR:
Təbriz kazarmalarından birində əsgərlər tərəfindən Xomeyni və Xameneyinin şəkilləri yandırıldı🔥

#Xomeyni #Xameneyi #şəkil #əsgərlər

https://www.facebook.com/azadiranmedia?mibextid=ZbWKwL
👍26
❗️Dörd nəfər “İsraillə əməkdaşlıq” və “Mənsur Rəsulini oğurlamaq” ittihamı ilə edam cəzasına məhkum edilib

İranın Məhkəmə Sistemi 4 nəfərin İsraillə kəşfiyyat sahəsində əməkdaşlıq etməsi ittihamı ilə edam cəzasına məhkum edildiyini açıqlayıb.

Hökumət mediasında həmin şəxslər SEPAH-ın Qüds Qüvvələrinin 840-cı briqadasının üzvü Mənsur Rəsulinin qaçırılmasında rol oynamaqda və ondan etiraf almaqda ittiham olunurlar.

Sözügedən 4 nəfərin kimliyi Cəndidə Hüseyn Urduxanzadə, Şahin İmani Mahmudabad, Milad Əşrəfi Atbatan və Mənuçöhr Şahbəndi olduğu açıqlanıb.

Hökumət mediası adıçəkilən şəxslərin videosunu yayaraq onların “Mənsur Rəsulinin oğurlanmasında” rolu olduğunu açıqlayıb.

Qeyd edək ki, İslam Respublikası ilk dəfə deyil ki, məcburi etiraflar yayımlamaqla məhbusları öz əleyhinə ifadə verməyə və hökumətin mövqeyini təsdiqləməyə çalışır.

#İran #həbs #molla_rejimi
🤮12👍1
"Rusiya tərəfi xarici kəşfiyyat orqanlarının İranla bağlı telefon danışıqlarının regional diənilməsinin nəticələrini İran rəsmilərinə təqdim edib".

Bu barədə "Black Reward" haker qrupunun SEPAH-a bağlı media resursundan sındıraraq əldə etdiyi məxfi hesabatda deyilir.(İran Global)

#Rusiya #İran #haker_qrupu
🤬13👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İranın Zahedan şəhərinin Kövsər meydanında kütləvi aksiya keçirilib✌️

Bu gün Zahedandan olan bir neçə nəfər şəhərin Kövsər meydanında Xameneyinin diktatura hakimiyyətinə və onun cinayət əməllərinə qarşı etiraz aksiyası keçirib.

#İran #xalq #etiraz #molla_rejimi
🔥9
İranda ikisi Bəluçestan əyalətindən olmaqla etirazlara qatıldıqları üçün ümumilikdə daha 21 nəfərə edam cəzası verilib.😔😡

#İran_rejimi #etirazçılar #edam
🤬23🤮3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İran hökumətinin mövqeyini dəstəkləyən futbol komandasının ABŞ-a uduzmasına sevinən etirazçılar təhlükəsizlik qüvvələri tərəfindən təqib edilir.✌️

#İran #etirazçılar
🤬19
Ukraynalı deputat: "Azərbaycan- çoxlu sayda etnik azərbaycanlının yaşadığı İran üçün əsas təhlükədir"

Ukraynanın UNN xəbər agentliyinin məlumatına görə, Ali Radanın "Xalqın xidmətçisi" partiyasından olan deputatı deyib: "Nəzərə almaq lazımdır ki, İran buna görə ciddi narahatlıq keçirir, amma qəribədir ki, buna baxmayaraq Ermənistanı maliyyələşdirir".

"Biz İran dronlarının Ukrayna şəhərlərini bombaladığını gördükdən sonra artıq seçim etmək yaxud hətta düşünməyimizə ehtiyac qalmır. Biz Azərbaycanı dəstəkləməlidir",- deyə o, vurğulayıb.

#İran #Ukrayna #Azərbaycan
👍28