Azad İran
5.78K subscribers
36.2K photos
21.9K videos
15 files
9.42K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Kermanşah şəhərində İranın futbol yığmasının Amerikaya uduzmasına sevinən gəncə yarımhərbi və radikal Bəsic qüvvələri atəş açır və o ağır yaralanır😢🤬

#Xalq #Bəsic #molla_rejimi

https://www.facebook.com/azadiranmedia?mibextid=ZbWKwL
🤬121👍1
Güneyli gənc edama məhkum edildi😢🤬✌️

26 yaşlı Səhənd Nurməhəmmədzadə İnqilab Məhkəməsinin hökmü ilə ölüm cəzasına məhkum edilib.

26 yaşlı gənc etiraz aksiyaları zamanı zibil qutularını yandıraraq yolu bağlamaqda, ictimai nəqliyyatın fəaliyyətinə mane olmaqda günahlandırılır.

Yaxınları Səhənd Nurməhəmmədzadənin barəsində edam qərarının verilməsinin ədalətsiz olduğunu və bunun başqa etirazçıları qorxudaraq aksiyalardan çəkindirmək məqsədi daşıdığını bildirirlər.

Azərbaycanlı gənc ona qarşı irəli sürülən ittihamları qəbul etməyib.

صدور حکم اعدام برای جوان آذربایجانی «سهند نورمحمدزاده»

#molla_rejimi #güneyli_gənc #edam

https://www.facebook.com/azadiranmedia?mibextid=ZbWKwL
🤬21😢1
Kaliforniyada mühacir iranlılar aclıq aksiyası keçirir✌️

Amerikanın Kaloforniya əyalətində yaşayan mühacir iranlılar BMT-nin San-Dieqo şəhərində yerləşən nümayəndəliyi qarşısında İran hökumətinin narazı vətəndaşlara qarşı qəddar davranışlarına etiraz olaraq aclıq aksiyası keçiriblər.

Aksiyaçılar BMT-ə müraciət edərək repressiyaları dayandırması üçün İran hökumətinə basqı edilməsini tələb ediblər.

ایرانیان مهاجر در کالیفرنیا اعتصاب غذا کردند

#Kaliforniya #mühacir_iranlılar #aclıq_aksiyası

https://www.facebook.com/azadiranmedia?mibextid=ZbWKwL
👍8
İranda həbsdə aclıq aksiyası keçirən Belçika vətəndaşının vəziyyəti ağırdır😞🤬

İranda həbsdə olan Olivier Fan Kastiel adlı Belçika vətəndaşının ailəsi noyabrın 29-da onun səhhətindən narahat olduğunu və aclıq aksiyası keçirdiyini bildirib.

Kastielin ailəsi açıqlamasında onun ciddi ədalətsizlikə üzləşdiyini və iki həftədir aclıq aksiyasına əl atdığını açıqlayıb.

41 yaşlı Kastiel Beynəlxalq Yardım xeyriyyə təşkilatının İran departamentinin keçmiş direktorudur.

O, missiyasını başa vurduqdan sonra bu il fevralın 24-də Tehrana turist səfəri zamanı tutulub.

Bir çox siyasi və mədəni fəallar, iranlı hüquqşünaslar və Beynəlxalq Əfv Təşkilatı onun həyatının təhlükədə olması barədə xəbərdarlıq ediblər.

Kastielin İranda tutulan bir neçə Qərb vətəndaşından biridir. Qərb ölkələri xarici vətəndaşları oğurlayıb həbsə atmaqla Tehranın bundan siyasi imtiyaz əldə etmək cəhdi kimi dəyərləndirir.

شهروند بلژیکی زندانی در ایران دست به اعتصاب غذا زده و در وضعیت نامناسب جسمی است

#İran_rejimi #xarici_vətəndaşlar #həbs
🤬11
İranda öldürülən etirazçıların sayı açıqlandı😢🤬

İranın Hüquq Müdafiəçiləri Qrupunun xəbər agentliyi noyabrın 30-u səhər saatlarına olan məlumatında hökumət qüvvələri tərəfindən qətlə yetirilən etirazçıların sayını açıqlayıb.

İran İnsan Haqları Təşkilatının bu gün, noyabrın 30-da yaydığı məlumatda 17 sentyabr-29 noyabr tarixlərində İranda davam edən etiraz nümayişlərində 64-ü uşaq olmaqla 455 nəfərin hökumət qüvvələri tərəfindən öldürüldüyünü bildirib.

Bununla yanaşı, məlumatda 18185 nəfərin saxlanıldığı, onlardan 3418-ün kimliyi və harada saxlanıldığının dəqiqləşdirildiyi və bunlardan 576 nəfərinin öyrənci olduğu qeyd edilib.

Habelə bu müddət ərzində 157 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı nümayişlər həyata keçirib və 143 universitetin tələbələri etirazlara dəstək veriblər.

تعداد تظاهرکنندگان کشته شده در ایران اعلام شد

#İran #etirazlar #öldürülənlər #insan_haqları

https://www.facebook.com/azadiranmedia?mibextid=ZbWKwL
🤬12👍3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İran-ABŞ futbol oyununda Tehran hökumətinin tərəfdarları rejim müxaliflərinə hücum edib😡

حمله هواداران حکومت تهران به مخالفان نظام در بازی فوتبال ایران و آمریکا

#Qətər #futbol #futbol #molla_rejimi #etiraz

https://www.facebook.com/azadiranmedia?mibextid=ZbWKwL
🤬11👍3
Tibb işçiləri İranı tərk edir

İran Səhiyyə nazirinin müavini Abbas Ebadi deyib: "Hər il 1250 tibb bacısı ölkədən getmək məqsədilə arayış almaq üçün Səhiyyə Nazirliyinə müraciət edir".

#İran #tibb_işçiləri #miqrasiya

https://www.facebook.com/azadiranmedia
😱11🤔1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bu dəqiqələrdə:
İranın Behbəhan şəhərində şənlik edənlər repressiv hökumət qüvvələri tərəfindən atəşə tutuldu🤬🔥

‏ ‏تیراندازی نیروهای جمهوری‌اسلامی به مردمی که در بهبهان شادی میکردند.
بامداد چهارشنبه ۹ آذر ۱۴۰۱

#İran #əhali #repressivlər #atəş

https://www.facebook.com/azadiranmedia
🤬9👍1
Fərzin Mərufi adlı gənc oğlan ötən gecə repressiv İran hökumətinin xüsusi təyinatlı qüvvələri tərəfindən qətlə yetirilib🤬

#İran #etirazçı_gənc #repressiv_qüvvələr #qətl

https://www.facebook.com/azadiranmedia
🤬22
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İranın Ənzəli şəhərində repressiv hökumət qüvvələri gənc oğlanı öldürüb

Ötən gecə Ənzəli şəhərində repressiv İran hökumətinin güllələdiyi Mehran Semak adlı gəncin dəfn mərasimində əhali anti-hökumət şüarları səsləndiriblər:
"Diktatora ölüm olsun! Əxlaqsız sənsən, fahişə sənsən, azad qadın mənəm!"

مردم شعار میدادند:
«این گل پرپر شده هدیه به میهن شده».
«مرگ بر دیکتاتور»
«هیز تویی هرزه تویی، زن آزاده منم»

#İran #gənc #güllələnmə
🤬15😢1
İsveçrədə “Güney Azərbaycan Hüquqlarını Müdafiə Təşkilatı” yaradılıb👏

Bu qurum BMT başda olmaqla beynəlxalq təşkilatlara Güney Azərbaycanda insan haqları ilə bağlı sənəd və məlumatları təqdim edəcək.

#Güney_Azərbaycan #beynəlxalq_təşkilat #İsveçrə
31👍3
İran hökuməti daha bir jurnalisti həbs etdi🤬

"Şərq" qəzetinin müxbiri Nəstərən Fərxe bu gün repressiv İran hökuməti tərəfindən həbs edilib.

Onun kompyuteri və mobil telefonu da müsadirə edilib.

Xatırladaq ki, İranda ümumxalq qiyamı başlayandan bəri 40 jurnalist repressiv hökumət tərəfindən həbsə atılıb.

#İran #İran #jurnalist #həbs

https://www.facebook.com/azadiranmedia
🤬17
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İranın Dəmir Yolları Təşkilatının işçiləri də ümumxalq etirazlarına dəstək məqsədilə tətillərə qoşuldu✌️

#İran #etiraz #tətil
👍18
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Qərbi Azərbaycan əyalətinin Saqqız şəhərində məktəblilər Dünya Çempionatında İranın Amerikaya uduzmasına sevinir✌️😊

https://www.facebook.com/azadiranmedia
👏19
SEPAH mediası yenidən Azərbaycan Prezidentinə qarşı kampaniya aparır

SEPAH komandanının siyasi məsələlər idarəsinə bağlı "Səba İran News" saytına verdiyi açıqlamada necə deyərlər, başından böyük danışaraq, Azərbaycan Prezidenti İlham Əliyevin son çıxışını və bəyanatını müzakirəyə çıxarıb, bunu vaxtaşırı İran əleyhinə dilə gətirən “qeyri-ənənəvi məzmun və ritorika” adlandırıb.
👎9🤬6
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Repressiv İran hökuməti bu gün iki müəllimi həbs edib😡

Kürdüstan əyalətinin Mərivan şəhərində bu gün iki müəllim repressiv qüvvələr tərəfindən həbs olunub.

Həbs edilən müəllimlərin həmkarları şagird və müəllimlərə qarşı davam edən həbs və basqılara etiraz məqsədilə aksiya keçirərək şüar səsləndiriblər: "Şagirdin və müəllimin yeri zindan deyil! Biz, mərivanlı müəllimlər xalqla birlikdə azadlıq tələb edirik!"
🤬22
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İran hökumətinin öldüdüyü blogerin anasının müraciəti✌️🔥

İranın təhlükəsizlik qüvvələri tərəfindən zindanda işgəncələrə məruz qalaraq öldürülən iranlı blogger Səttar Beheştinin anası Gövhər Eşqi videomüraciətində fəhlə tətillərinə və onların ümumxalq inqilabi üsyanına qoşulmasına dəstək verib.

گوهر عشقی، مادر ستار بهشتی، کارگر و وبلاگ‌نویس ایرانی که بر اثر شکنجه نیروهای امنیتی در بازداشتگاه جمهوری اسلامی به قتل رسید، طی پیامی ویدئویی از اعتصابات کارگران و پیوستن آنها به خیزش انقلابی سراسری حمایت کرد.
👍282
Bu qızcığaz 6 yaşlı Benita Kiyanidir

İsfahanın Məlekşəhr şəhərində öz evlərinin balkonunda oynayarkən İranın repressiv qüvvələrin açdığı atəş nəticəsində güllə dəyib və bir gözünü itirib.🤬🔥

Bilirsiniz, onun cəmi 6 yaşı var, balkonda oynadığına görə bir gözünü çıxarıblar.

Evlərimizdə də rahatlığımız yoxdur.

Bu uşağın nə günahı var idi?!😢😡
😢32
İrana qarşı təzyiqlər nəticəsiz olarsa Bayden hərbi varianta razılıq verəcək🔥

ABŞ-ın İran məsələləri üzrə xüsusi nümayəndəsi Robert Mali bildirib ki, İslam Respublikası dünyanın diqqətini İranda baş verənlərdən yayındırmağa çalışır.

O, "Foreign Policy" nəşrinə müsahibəsində bildirib ki, Bayden İrana qarşı diplomatiya, sanksiyalar və təzyiqlər uğursuz olarsa, son çarə olaraq hərbi varianta razılıq verməyə hazır olduğunu deyib.

#Bayden #İran #sanksiya #hərbi_variant

https://www.facebook.com/azadiranmedia
👍28
SON XƏBƏR:
Sistan və Bəluçestan əyalətinin Zabol şəhərində etirazçılara divan tutan İranın Təhlükəsizlik (ETTELAAT) idarəsinin zabiti Əhməd Salehi öldürüldü🔥

https://www.facebook.com/azadiranmedia
👍311