Azad İran
5.78K subscribers
36.2K photos
21.9K videos
15 files
9.42K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bu dəqiqələrdə Urmuda hökumət əleyhinə etitaz aksiyası✌️🔥

Güney Azərbaycanın Urmu şəhərində narazı gənclər tonqal yandıraraq yolu bağlayıb anti-hökumət şüarları səsləndirməklə molla rejiminə nifrətlərini nümayiş etdirirlər.

#Urmu_şəhəri #etiraz #molla_rejiminə_nifrət

https://www.facebook.com/azadiranmedia
👍191👏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Qətərdə köynəyinə "İslam Respublikası uşaq qatili rejimi" yazılmış azarkeş stadiona buraxılmadı
👍17👎4🔥3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İran və Güney Azərbaycanın bir çox şəhər və bölgəsində molla rejiminin futbol üzrə dünya çampionatında İranın ABŞ-a uduzduğuna görə sevinc aksiyaları keçirilib✌️

#İran #Amerika #futbol #etiraz

https://www.facebook.com/azadiranmedia
👍25🔥4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İran vətəndaşlarının düşməni ölkə daxilindədir

Qətərdə keçirilən futbol üzrə Dünya Çempionatının iranlı tamaşaçısı: "Biz buradayıq. Heç bir ölkə ilə- Amerika, İsrail, Almaniya və başqaları ilə düşmənçiliyimiz yoxdur. İranlılar sülh vurğunudur. Bizim düşmənimiz kənarda deyil, ölkəmizin daxilindədir!"

#İran_vətəndaşları #etiraz #molla_rejimi

https://www.facebook.com/azadiranmedia
👍25🤬2
İran rejiminin öz vətəndaşlarına qarşı daha bir vəhşiliyi😢😡

Evinin balkonunda telefonla danışan günahsız qadın rejim canilərinin hədəfinə çevrilib.

Belə ki, öz evində olan qadın heç bir səbəb olmadan atəşə tutulub və gözündən ağır xəsarət alıb.

#İran #rejim #etiraz

https://www.facebook.com/azadiranmedia
🤬22👍1
Daha bir iranlı deputat Azərbaycan rəsmilərini hədələdi: Diqqətli olsunlar

İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Azərbaycan rəsmilərinə xəbərdarlıq edib ki, sionistlər və amerikalıların onların ayaqları altına “qovun qabığı” atırlar ki, bundan ehtiyatlı olsunlar.

İran parlamentinin dünənki iclasında çıxış edən Vəhid Calalzadə əlavə edib: “İran və Azərbaycan xalqları arasında əlaqələr qırılmazdır və mən bədxahlara səslənirəm ki, “siz bir özünüzə baxın və bizi zəhmətə salmayın”.

تهدید و یاوه گویی وحید جلال‌زاده: کارگزاران جمهوری آذربایجان حواس‌شان باشد

#İran #deputat #təhdid #Azərbaycan

https://www.facebook.com/azadiranmedia
🤬16👍3😁1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Zahedan şəhəri: İran millisinin ABŞ-a məğlubiyyətindən sonra xalqın sevinci🇮🇷🇺🇸

زاهدان: شادی مردم پس از شکست تیم ملی ایران مقابل آمریکا

#İran #ABŞ #futbol #məğlubiyyət

https://www.facebook.com/azadiranmedia
👍14🤯1
Tehranda rejim quldurları Amerika futbol komandasının İran üzərində qələbəni qeyd edən xalqa atəş açıblar😡✌️🔥

تهران: تیراندازی نیروهای رژیم به سوی مردمی که پیروزی تیم فوتبال آمریکا در برابر ایران را جشن می گرفتند

#Amerika #İran #futbol #qələbə

https://www.facebook.com/azadiranmedia
🤬17👍2
İran rejimi futbol millisinin ABŞ komandasına məğlubiyyətinin qisasını xalqdan aldı😔🤬

Ənzəli şəhərində Mehran Sumak başından güllənərək öldürülüb.

جمهوری اسلامی انتقام باخت خود را از مردم گرفت.
در انزلی با شلیک بر سر مهران سماک وی را به قتل رساند.

#molla_rejimi #insan_haqları

https://www.facebook.com/azadiranmedia
🤬17
İranda üç yəhudi həbs edilib✌️

İranda son etiraz aksiyaları ilə əlaqədar 3 yəhudinin təhlükəsizlik orqanları tərəfindən həbs edildiyi bildirilir.

İran insan haqları müdafiəçilərinin də yaydığı məlumat İsrailin "Yerusəlim Post” qəzetində də dərc edilib.

Bununla yanaşı İsrailin "Kan" xəbər saytı da xəbəri təsdiq edərək, 3 yəhudidən birinin 20 gün saxlanıldıqdan sonra sərbəst braxıldığını, digər ikisinin həbsdə saxlanıldığını bildirib.

Məlumatlarda həbs edilən yəhudilərin kimliyi və harada saxlanıldıqları barədə hər hansı açıqlama verilməyib.

سه شهروند ایرانی یهودی در رابطه با اعتراضات دستگیر شدند
🤬12
Təbrizdə universitet müəllimləri tələbələri dəstəklədi🔥✌️

Təbriz Tibb Elmləri Universitetinin müəllimləri etirazçı tələbələri dəstəkləyib.

210 müəllim etirazçı və həbs olunan öyrəncilərin həyatlarının təhlükədə olduğunu deyiblər.

Müəllimlər universitet rəhbərliyinə məktub yazaraq, fərdi və hüquqi imkanlardan istfadə edərək saxlanılan tələbələrin azadlığa buraxılması üçün səy göstərilməsini tələb ediblər.

Onlar habelə noyabrın 16-da universitetin öldürülən tələbəsi Aylar Həqiqidən söz açaraq öyrəncilərin haqlı tələblərini dəstəklədiklərini bildiriblər.

Qeyd edək ki, son statistikaya əsasən, etiraz aksiyalarında 574 tələbə həbs olunub.


حمایت اساتید دانشگاه تبریز از دانشجویان معترض و بازداشتی

#Təbriz #Tibb_Elmləri_Universiteti #öyrəncilər #həbs

https://www.facebook.com/azadiranmedia
👍16🔥1
Kanada məhkəməsindən şok qərar: SEPAH terror təşkilatıdır✌️

Kanadanın Ontario Ali Məhkəməsi İran İnqilabının Keşikçiləri Korpusunu “terror təşkilatı” elan edib, çünki onun qollarından biri olan Qüds Qüvvələri daha əvvəl Kanada tərəfindən terror təşkilatı kimi tanınıb.

Bu qərar kanadalı mərhum vəkilin İran aviaşirkətinə bir milyon dollara yaxın borcu ilə bağlı iş üzrə çıxarılıb və hakim bu borcun ödənilməməsinə qərar verib, çünki İran şirkətinin sahibi Babək Zəncani SEPAH-ı maliyyələşdirməkdə ittiham olunurdu.

Məhkəmə bu borcun ödənilməsinin Kanadanın antiterror qanunlarını pozacağını bəyan edib.

یک دادگاه کانادایی به «تروریستی بودن» سپاه پاسداران رای داد

#Kanada #məhkəmə #SEPAH #terror_təşkilatı

https://www.facebook.com/azadiranmedia
👍25
Media is too big
VIEW IN TELEGRAM
Bu səhər Kermanşah şəhərində yarımhərbi Bəsic qüvvələri İran millisinin məğlubiyyətindən sonra insanlara hücum edib😡

Bəsic qüvvələri insanların avtomobillərinin şüşələrini sındıraraq insanlara atəş açıb.

کرمانشاه بامداد چهارشنبه
حمله نیروهای بسیج به مردم پس از شکست تیم ایران.
نیروهای بسیج اقدام به شکستن شیشه‌های اتومبیل‌های مردم نموده و به سوی مردم تیراندازی کردند.

#xalq #radikal_Bəsic #molla_rejimi

https://www.facebook.com/azadiranmedia?mibextid=ZbWKwL
🤬15👍1
İranda azad bazarda avronun qiyməti rekord vurub

Noyabrın 28-də Tehran bazarında baş tutan ticarət əməliyyatları zamanı bir avronun satış qiyməti 2019-cu ilin oktyabrında qeydə alınan zirvəni keçərək yeni tarixi rekorda imza atıb.

Bazar ertəsi İran Mərkəzi Bankı avro əskinaslarının rəsmi məzənnəsini bazar günü ilə müqayisədə 145 tümən artıraraq 33.309 min tümənə çatdırıb.

Eyni zamanda, Tehranın azad bazarında avronun satış qiymətində ötən həftə başlayan artım tendensiyası davam edib.

Avronun satış məzənnəsi bazar ertəsi birjalarda yeni zirvəyə yüksələrək 37.800 tümən olub və bu da iki il öncə oktyabr ayında qeydə alınan rekorddan 60 tümən yüksəkdir.

ثبت رکورد تازه قیمت آزاد یورو و نرخ رسمی دلار آمریکا در بازار ارز ایران

#İran #avro #bahalaşma #rekord

https://www.facebook.com/azadiranmedia?mibextid=ZbWKwL
👍14
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Tehranın Ekbatan bölgəsində də İran futbol komandasının ABŞ-a məğlubiyyəti böyük coşqu ilə qarşılanıb🇺🇸🇮🇷⚽️

استقبال مردم اکباتان با شور و شوق فراوان از شکست تیم فوتبال ایران مقابل آمریکا

#ABŞ #İran #xalqın_sevinci

https://www.facebook.com/azadiranmedia?mibextid=ZbWKwL
👍12
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Güney Azərbaycanın Qəzvin şəhərində İran futbol millisinin ABŞ-a uduzmasını alqışlayan xalqa rejim muzdluları tərəfindən amansız müdaxilə olub😡✌️

#GüneyAzərbaycan #Qəzvin #rejim

https://www.facebook.com/azadiranmedia?mibextid=ZbWKwL
🤬15👍1🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Məşhəd şəhərində etirazlar zamanı qanunsuz həbs edilən etirazçılara ölüm hökmü çıxaran hakimin avtomobili qəzəbli Xalq tərəfindən yandırıldı🔥

#İran #xalq #rejim #edam

https://www.facebook.com/azadiranmedia?mibextid=ZbWKwL
🔥163
İranda etnik ərəb fəal qadının şübhəli ölümü😢🤬

Noyabrın 26-ı gecə İrandakı etirazların fəal iştirakçılarından olan Atefe Nəaminin cansız bədəni Kərəc şəhərindəki mənzilində tapılıb.

Onun meyiti evinin eyvanında, ağzının yanında qaz klapanına şlanq bağlanmış adyalın altında tapılıb.

Atefenin ölümünün necə baş verməsi ilə bağlı məhkəmə ekspertizası hələlik dəqiq məlumat verməyib. Amma onun qardaşı deyir ki, bu ölüm səhnələşdirilib və Atefe ümumiyyətlə nə intihar etmək barədə düşünmürdü, nə də etirazlara fəal qoşulduğu bu günlər onun üçün intihar etmək vaxtı deyildi.

Nəaminin ailəsi bildirir ki, hökumət qüvvələri Atefeni həbs edib basqılara məruz qaldıqdan sonra öldürərək guya intihar etdiyi görüntüsünü yaratmaq üçün 7 gün ərzində cansız bədənini evində qoyub gediblər.

مرگ مشکوک عاطفه نعامی شهروند عرب احوازی

#İran #rejim_qüvvələri #işgəncə

https://www.facebook.com/azadiranmedia?mibextid=ZbWKwL
🤬14
Güneyli qadın fəala həbs cəzası verildi😔😡✌️

İran rejimi Ərdəbil əyalətinin Germi (Muğan) şəhərindən olan qadın hüquqlarının müdafiəçisi və ictimai fəal Pərisa Ciddini 3 ay həbs cəzasına məhkum edib.

Germi şəhər Məhkəməsi Pərisa Ciddi barəsində “hakimiyyətə qarşı təbliğat aparmaq” ittihamı irəli sürərək, onu həbsə məhkum edib.

Xatırladaq ki, oktyabrın 19-da telefon vasitəsilə Pərisa Ciddi ilə əlaqə saxlanılıb və ondan bir sıra məsələlərlə bağlı izahat verməsi üçün İranın ETTELAAT İdarəsinə gəlməsi tələb edilib.

Azərbaycanlı fəal isə məhkəmə qərarı təqdim edilmədiyi üçün ETTELAAT İdarəsinə getməkdən imtina etmişdi.

پریسا جدی فعال مدنی و حقوق زنان آذربایجانی به اتهام ” تبلیغ علیه نظام جمهوری اسلامی” توسط شعبه اول دادگاه عمومی شهرستان گرمی (مغان) به ۳ ماه حبس تعزیزی محکوم شد.

#GüneyAzərbaycan #qadın_fəal #həbs #İran_rejimi

https://www.facebook.com/azadiranmedia?mibextid=ZbWKwL
🤬13👎3👍1