Azad İran
5.78K subscribers
36.2K photos
21.9K videos
15 files
9.42K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
Media is too big
VIEW IN TELEGRAM
İranın Quçan şəhərində etirazçılar xalqa divan tutan yarımhərbi və radikal “Bəsic” qüvvələrinin bazasını Molotov kokteyllərlə yandırdılar✌️🔥

قوچان: معترضان پایگاه «بسیج» را با کوکتل مولوتف به آتش کشیدند
👍21
Daha bir güneyli milli fəal saxlanıldı😔🤬🤘

Güney Azərbaycanın milli fəallarından olan Məhəmməd Hacılı noyabrın 22-də İran təhlükəsizlik qüvvələri tərəfindən atasının evinə basqın etməklə saxlanılıb.

Təhlükəsizlik orqanının əməkdaşları azərbaycanlı milli fəalı həbs edərək şəxsi əşyalarını və mobil telefonunu müsadirə etdikdən sonra naməlum yerə aparıblar.

Milli fəalın harada olması, eləcə də ona qarşı irəli sürülən ittihamlar barədə hələlik ətraflı məlumat yoxdur.

Qeyd edək ki, ötən həftə Güney Azərbaycanın Xoy şəhərində keçirilən etiraz aksiyaları zamanı 30-dan çox azərbaycanlı fəal həbs olunub.

بازداشت فعال ملی آذربایجان «محمد حاجیلو»
🤬22👎1
İrandakı etirazlarda həbs olunan qadınlar təcavüzə məruz qalır

Bu barədə CNN hadisə şahidlərinə istinadən məlumat yayıb.

Həbs olunan qadının sözlərinə görə, o, polis məntəqəsində bir gün saxlanılıb və ona da qarşı cinsi zorakılıq əməli törədilib.

Habelə o da qeyd olunub ki, artıq 2 aydan çoxdur davam edən etiraz aksiyalarında ən azı 378 nəfər öldürülüb, xeyli sayda insan yaralanıb və 15 minə yaxın aksiya iştirakçısı həbs olunub.

Həmçinin əlavə olunub ki, aksiyaya qoşulan qadınların həbs olunması üçün videomateriallardan istifadə olunur və hətta aksiyalara qatılmayaraq sosial şəbəkə hesablarında etiraz edənlər də həbs edilir və işgəncələrə məruz qalır.
👎18🤬5
Media is too big
VIEW IN TELEGRAM
İran məhkəməsi minlərlə insanın həbs edildiyini təsdiqləyib

İran məhkəmə sistemi sözçüsü Məsud Sitayeşi Məhsa Əmininin öldürülməsindən sonra ölkənin əksər əyalətlərində başlayan etiraz aksiyaları zamanı 2400 nəfərin həbs edildiyini açıqlayıb.

Bildirib ki, daha 1118 nəfər isə hökumətin müxaliflərə qarşı təqibləri çərçivəsində ittiham olunub və işlərinə baxılmasını gözləyirlər.

Sitayeşinin dediyinə görə, sentyabrın ortalarından bu günə kimi ölkəni bürümüş nümayişlərdə rol oynadıqları üçün İran üzrə ümumilikdə 2432 etirazçı məhkəmələr tərəfindən ilkin hökmlər alıb.

İnsan Haqları Təşkilatlarının noyabrın 21-i axşam saatları yaydıqları məlumata görə, İranda etiraz aksiyaları başlayandan bu günə kimi 17 mindən çox vətəndaş həbs edilib.
🤬16👍2👎1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Məşhəd şəhərində bu gün etirazlar davam edir✌️🔥

امروز: ادامه اعتراضات در مشهد

#Məşhəd #etirazlar #molla_rejimi
🔥20👍6
İranın polis polkovniki Turac Ardalan bir neçə dəqiqə öncə Tehranın Vəliəsr xəstəxanasında ölüb

فوت سرهنگ توراج اردلان افسر نیروی انتظامی دقایقی پیش در بیمارستان ولیعصر تهران
👍29😁4👏3
🔷 Naxsa - İslam İnqilabı Keşikçiləri Korpusunun Muxtar Qüvvələri

Bu, SEPAH-a bağlı bir qrupdur və İslam Respublikasının əleyhdarlarını mülki geyimdə qətlə yetirir.

Bu qrup SEPAH-ın təşkilat planında rəsmi olaraq müəyyən edilmədiyinə görə, İİKK qətllərin məsuliyyətini “mülki geyim, terrorçular, xarici agentlər və s. üzərinə atır.

Çox güman ki, 10 yaşlı Kiyan Pirfəkəkin ailəsinin avtomobili də eyni qrup tərəfindən güllələnib.
🤬24👍2😁1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bir neçə saat öncə molla rejimin caniləri Sənəndəc şəhərinin Vəhdət qəsəbəsində bir qrup tələbəyə atəş açıb😡🔥✌️

Hökumət qüvvələrinin silahlı hücumu nəticəsində 16 yaşlı yeniyetmə ağır yaralanaraq Kövsər xəstəxanasına aparılıb.

#İran_rejimi #tələbə #etirazlar #zorakılıq
🤬27😢2😁1
🇺🇸 Amerika SEPAH-ın Kürdüstan bölgəsinə hücumunu pisləyib

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays İslam Respublikasının bölgədəki kürd partiyalarına qarşı hərbi əməliyyatını İraqın ərazi bütövlüyünün pozulması adlandırıb və bunu pisləyib.

Ned Praysın bəyanatında deyilir: “İraqın ərazi bütövlüyünün pozulması noyabrın 20-dən 22-dək ölümcül hücumlarla davam edib. Birləşmiş Ştatlar İraqın ərazi bütövlüyünün həyasızcasına və dəfələrlə pozulmasını qətiyyətlə pisləyir və İrandan bu zorakılıq və təhdidləri dayandırmasını tələb edir.
👍9
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷İran XİN rəhbəri: İranın Azərbaycan ərazisində gözü yoxdur

Hüseyn Əmir-Abdullahiyan iddia edib:

▪️Biz Azərbaycan və Ermənistanı İran İslam Respublikasının iki qonşusu hesab edirik.

▪️Biz heç vaxt bir tərəflə münasibətlərimizi digər tərəfin hesabına tənzimləmirik.

▪️Qarşılıqlı maraqlara uyğun olaraq və qonşuluq siyasətini prioritet götürərək bütün qonşularla münasibətlərə üstünlük verilir.

▪️Biz Qafqaz regionunun bütün aktorlarına açıq şəkildə bildirdik ki, regionda baş verəcək hər hansı geosiyasi dəyişiklik İran İslam Respublikasının ciddi reaksiyası ilə üzləşəcək.

Region dövlətlərinin rəsmiləri bizi əmin ediblər ki, belə bir yanaşma yoxdur.
🤬22👎4👍1
İran hökumətinin mövqeyindən qeyri-rəsmi çıxış edən siyasi təhlilçi Salar Seyfəddini özünün "Tvitter" hesabında Azərbaycana və onun Prezidentinə qarşı növbəti hədyan dolu paylaşım edib:

"Bakının təhdidinin əhatə dairəsi sərhəddən ölkənin dərinliyinə çatıb.

İran Şimali İraqla necə davranırsa, Bakıya qarşı da eyni davranışı göstərməlidir. Bu, qabaqlayıcı legitim müdafiə deməkdir.
İranın xəbərdarlığı nəticəsində Əliyev öz qoşunlarını Sünikdən (Zəngəzur) çıxarmaq məcburiyyətində qaldı və bu, onun nüfuzuna zərbə vurdu".
🤬20
🇺🇸🇮🇱 Amerika və İsrail gələn həftə İrana hücumu imitasiya edəcəklər

İsrail mediasının məlumatına görə, Amerika və İsrail gələn həftə hərbi təlim keçirməklə İranın nüvə obyektlərinə hücumu simulyasiya etməyi planlaşdırırlar.
33👍5😁1
Avropa Parlamentinin üzvü: "İslam Respublikası daha da qəddarlaşa bilər".

Almaniyanın Avropa Parlamentindəki nümayəndəsi Kornelia Ernst təşkilatın iclasında İranda etiraz aksiyalarının dağıdılması ilə bağlı deyib: "İslam Respublikası daha da qəddarlaşa və İrandakı kürdləri bombalamağa başlaya bilər".

İspaniya təmsilçisi Antoni Komin də "Son nəticədə İranda etirazçıların dəyərləri qalib gələcək"-deyə bildirib.✌️

#Avroparlament #İran
😁3
İran prezidenti İbrahim Rəisi bu gün Tehrana səfər edən Belarusun baş naziri Roman Qlavçenko ilə görüşüb.

Görüşdə Rəisi sanksiyaların “zərərsizləşdirilməsi” üçün sanksiyalara məruz qalan ölkələr arasında əlaqələrin möhkəmləndirilməsinin önəmini vurğulayıb.

Tehran-Minsk əlaqələrinə də toxunan İran prezidenti deyib: “Bu gün İran və Belarus bir-biri ilə qarşılıqlı əlaqələri inkişaf etdirmək üçün müxtəlif və əhəmiyyətli imkanlara malikdir. İki ölkə başçılarının ikitərəfli münasibətlərinin səviyyəsini yaxşılaşdırmaq üçün ciddi iradəsi qarşılıqlı əlaqələrin genişləndirilməsi yolunda mümkün maneələri aradan qaldıra bilər".
🤬4👍2🤮2
İranda Şahsevən türklərinin yəşadığı Savə şəhərində "Pars Ampul" əczaçılıq şirkətinin işçiləri üç gündür ki, hökumətə qarşı etiraz olaraq tətil keçirir✌️

#İran #narazı_işçilər #etiraz_tətili
👍25
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Güney Azərbaycanın Qəzvin şəhərində "Bəhmən Diesel" şirkətinin işçiləri əməkhaqlarını ala bilmədikləri üçün işi dayandıraraq tətil keçirir🔥

Bu gün genişmiqyaslı etiraz aksiyası keçirənbşirjet işçiləri öz haqlarını tələb edən şüar səsləndiriblər: "Fəhlə, səsini ucalt, öz hüququnu tələb et!"

#İran #fəhlə #etiraz
👏18👍61
Bir qrup iranlı teatr fəalı İnstaqram hesabında paylaşım edərək, qadınları hicab bağlamağa məcbur edən əsərlərin istehsalı və səhnələşdirilməsində bir daha iştirak etməyəcəklərini bildirib.

Bu bildiriş paylaşımını imzalayanlar arasında Siavəş Pakrah, Əli Şəms, Mustafa Koşki, Şəhab ​​Sahi, Armin Cavan və Əmirhüseyn Devaninin adı da var.✌️

#İran #teatr #məcburi_hicab #imtina
13👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Təbrizdə qorxmaz qız molla hökumətinin məcburi hicab qanununa etiraz edir və yaylığını başından açaraq aksiya keçirir.✌️🔥

#Təbriz #qorxmaz_qız #təkadamlıq_aksiya
20👏2
Media is too big
VIEW IN TELEGRAM
Güney Azərbaycanlı fəallar etirazlarda öldürülən gənclər haqda videorolik hazırladı: "Bu qan yerdə qalmayacaq!
Azadlıq, ədalət, milli hökumət!"✌️🔥

بو قان یئرده قالمایاجاق
آزادلیق، عدالت، میللی حوکومت

#bu_qan #yerdə #qalmaz
😢17👍64😁2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İranın Fars əyalətinin Lamrod qəsəbəsində yerləşən Cənub Alüminium sənayesi müəssisəsinin işçiləri işi dayandıraraq tətil keçirir.✌️

‌استان فارس شهرستان لامرد
اعتصاب کارگران مجتمع صنایع آلومینیوم جنوب
چهارشنبه ۲ آذر ۱۴۰۱

#İran #alüminium_sənayesi #tətil
👍16