Azad İran
5.78K subscribers
36.1K photos
21.9K videos
15 files
9.42K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
İran ölkədə uranı 60% saflığa qədər zənginləşdirməyə başladı

MAQATE Rəhbərlər Şurasının qərarına cavab olaraq, İranın Atom Enerjisi Təşkilatı (AEOA) Fordo nüvə obyektində uranı 60% saflığa qədər zənginləşdirməyə başlayıb. /“İRAN_ru_News”

ایران غنی سازی اورانیوم با خلوص 60 درصد را در فردو آغاز کرد
در پاسخ به مصوبه شورای حکام آژانس، سازمان انرژی اتمی ایران غنی سازی اورانیوم با خلوص 60 درصد را در تاسیسات فردو آغاز کرده است.
👎14🤬8
İranın Yol və şəhərsalma naziri istefa edib

İbrahim Rəisi İranın yol və şəhərsalma naziri Rüstəm Qaseminin istefasını qəbul edib.

“Fars News” xəbər verir ki, İran prezidenti habelə nazirin səlahiyyətlərini müvəqqəti olaraq onun müavini Şəhriyar Əfəndizadəyə həvalə edib.

Rəisi İran-Azərbaycan Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri də olan Yol və şəhərsalma naziri Rüstəm Qaseminin xəstəliyinin ağırlaşması ilə əlaqədar istefasını qəbul edib.

رئیس‌جمهور با استعفای رستم قاسمی موافقت کرد
👍11😁4
TƏCİLİ: SEPAH-ın yüksək rütbəli zabiti Suriyada öldürüldü

İran İnqilabının Keşikçiləri Korpusu bəyanat yayaraq Suriyanın Dəməşq şəhəri yaxınlığında yol kənarında yerləşdirilmiş bombanın partlaması nəticəsində SEPAH-ın Aerokosmik Qüvvələrinin zabitinin öldüyünü təsdiqləyib.

Ötən gecə SEPAH-ın bəyanatında həmin şəxs polkovnik Davud Cəfəri kimi təqdim edilib.

#SEPAH #Suriya #polkovnik
👍26👏3👎1🔥1
İranlı molladan cəfəng iddia: Azərbaycan bütün hərbi bazalarını İsrailin ixtiyarına verib

“Hawzah News” saytının xəbərinə görə, İranın dini rəhbərinin SEPAH-ın Şərqi Azərbaycan vilayətindəki nümayəndəliyinin rəhbəri Əbdülrəhim Nəcəfquluzadə Sərayi sərsəm iddia irəli sürüb: “Azərbaycan Respublikası bütün hərbi bazalarını İsrail və İran İslam Respublikasının digər düşmənlərinin ixtiyarına verib”.

O, ölkədə son iki ayda baş verən hadisələrə toxunaraq kinayə ilə deyib: “Bu gün bizə yol göstərən və öz mediasını düşmənlərin ixtiyarına verən ölkələr müharibədə bütün kimyəvi maddələrdən istifadə ediblər, hansı ki, adətən heç bir savaşda istifadə olunmur”.

ادعای بی اساس حجت الاسلام عبدالرحیم نجقلی زاده سرایی، مسئول نمایندگی خامنه ای در سپاه آذربایجان شرقی: جمهوری آذربایجان همه پایگاه های خود را در اختیار اسرائیل قرار داده است
😁24👍3🤮1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
SEPAH qüvvələri Qərbi Azərbaycan əyalətinin Soyuqbulaq (Mahabad) şəhərində xalqın onlarla avtomobilini yararsız hala salıb🤬

نیروهای سپاه ده ها خودروی شخصی مردم را در شهرستان سویوق بولاق (مهاباد) استان آذربایجان غربی تخریب کردند
🤬16
Həbsdə olan güneyli milli fəallara ağır işgəncə verilib😞😡🤘

Güney Azərbaycanın Məlik Kəndi (Məlikan) şəhərindən olan azərbaycanlı fəallar Səid İlxani və Cəfər Fəthi ağır işgəncəyə məruz qalıb, İlxaninin əli sındırılıb, Fəthi isə baş nahiyəsindən ağır xəsarət alıb.

Güneyli fəalların verdiyi məlumata görə, hər iki azərbaycanlı fəal onlara qarşı edilən haqsızlıqlara etiraz əlaməti olaraq dodaqlarını tikib və quru aclıq aksiyasına başlayıblar.

Bundan sonra onların Marağa həbsxanasının təkadamlıq kameralarına salındıqları bildirilir.

Qeyd edək ki, Səid İlxani oktyabrın 8-də Məlikan şəhərinin Universitetində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Cəfər Fəthi isə Məlikanda keçirilən etiraz aksiyası zamanı saxlanılıb və təhlükəsizlik idarəsinin təcridxanasında dindirildikdən sonra Marağa zindanına köçürülüb.

شکنجه شدید سعید ایلخانی و جعفر فتحی از بازداشت شده‌گان شهرستان ملیک کندی (ملکان)
🤬22
Xameneinin yetirməsi Azərbaycana ultimatum verir: ya İranla əlaqələrin normallaşdırılması və İsrail ilə əlaqələrin kəsilməsi, ya da münaqişənin davamı

İranın ali rəhbəri Xameneyinin şəxsi tapşırığı ilə yaradılan İran Press informasiya agentliyi Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin İranla münasibətlərin normallaşması perspektivlərinə dair 20 noyabr tarixli bəyanatına reaksiya dərc edib. Onda o, bildirmişdi: “Təəssüflə qeyd edirik ki, son zamanlar İran İslam Respublikasının rəsmi şəxslərinin, parlament üzvlərinin və güc strukturlarının etdikləri bəyanatlar iki ölkə arasında münasibətlərin gərginləşməsinə səbəb olub”.

Buna cavab olaraq "İran Press" məlumat verir: “İkitərəfli münasibətlərin pozulması səylərindən sonra Azərbaycan rəsmiləri artıq ilki dəfə deyil ki, İranla normal əlaqələrdə olmaqda maraqlı olduqlarını deyirlər.
🤬13👍1
Azad İran
Xameneinin yetirməsi Azərbaycana ultimatum verir: ya İranla əlaqələrin normallaşdırılması və İsrail ilə əlaqələrin kəsilməsi, ya da münaqişənin davamı İranın ali rəhbəri Xameneyinin şəxsi tapşırığı ilə yaradılan İran Press informasiya agentliyi Azərbaycan…
Bununla yanaşı, Azərbaycan KİV-ləri anti-İran və antidin mövqelərini qoruyub saxlayırlar, İsraili isə müsəlmanların və şiə respublikası olan Azərbaycanın dostu kimi göstərməyə çalışırlar. İranla əldə edilən razılaşmalara baxmayaraq, Əliyev höküməti israilliləri İran sərhədinə yaxın buraxdı. Belə davranışı xoş qonşu münasibətləri adlandırmaq olmaz. Müxtəlif xarici elementlər öz təhrikedici addımlarından əl çəkməyincə İran-Azərbaycan münasibətlərində ciddi dəyişikliklər baş verməyəcək”.

Noyabrın 20-də “SEPAH”a bağlı "Təsnim" informasiya agentliyi Xameneyinin beynəlxalq əlaqələr üzrə müşaviri Vilayətinin Azərbaycan barədə bəyanatını dərc edib.

Daha sonra Bakıdakı yüksək vəzifəli məmur bu haqda deyib: "Vilayətinin bəyanatı ikitərəfli münasibətlərdə gərginliyin aradan qaldırılmasına işarə kimi qəbul edilir, lakin “qardaşlıq və dostluq” haqda təkcə sözlər yetərli deyil. Bizim mənbə qeyd etdi ki, İran rəhbərliyinin əsl niyyəti dövlət KİV-lərinin ritorikasına, parlamentarilər və rəsmi şəxslərin çıxışlarına əsasən qiymətləndiriləcək.

İran Press-in məqaləsindən belə qənaətə gəlmək olar ki, sülhə nail olmaq alınmayacaq./"Azfront"
👏4
Şərqi Azərbaycanın valisi: "İranın Naxçıvan və Azərbaycanla sərhədində tranzit 40% artıb"🇮🇷🇦🇿

İRNA-nın xəbərinə görə, Şərqi Azərbaycan vilayətinin başçısı Abedin Xorrəm deyib: “Bu il sərhədyanı bölgələrdə ticarətin aparılması ilə bağlı güzəştlərin artırılması üçün nəzərdə tutulmuş planlara əsasən, İran, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası ilə sərhədlərində tranzit daşımaların həcmi 40 faiz artıb”.

Çərşənbə axşamı Culfa sərhəd yarmarkasına baş çəkən vali jurnalistlərə açıqlamasında qeyd edib: “İranın hazırkı hökumətinin siyasətin sərhəddə gediş-gəlişi asanlaşdırmaq, tranzit imkanlarını artırmaq və idxal-ixrac əməliyyatlarını sadələşdirmək olduğunu nəzərə alaraq, İranla Azərbaycan Respublikası arasında sərhədin hər iki tərəfində bunun üçün məqbul şərait yaradılıb”.

Onun sözlərinə görə, sərhədlərin İran tərəfində yaradılan güzəştlər paralel olaraq sərhədin Azərbaycanın Naxçıvan tərəfində də yaradılmalıdır.

استاندار آذربایجان‌شرقی: ترانزیت در مرز نخجوان و آذربایجان ۴۰ درصد افزایش یافت
👍2🤮2
Media is too big
VIEW IN TELEGRAM
İranın Fəlavercan şəhərində etirazçılar deputatın ofisini Molotov kokteyli ilə yandırdı🔥

در فلاورجان، معترضان دفتر نماینده مجلس را با کوکتل مولوتف به آتش کشیدند
👍17
Vaşinqton İran zindanlarında baş verən cinsi təcavüz halları ilə bağlı ikrah hissi ifadə edib

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays İran həbsxanalarında baş verən cinsi təcavüz xəbərlərinə reaksiya verib.

Prays nümayişçilərə, o cümlədən İslam Respublikası hökumət qüvvələrinin nəzarətində olan uşaqlara qarşı hücumlar barədə yayılmış xəbərləri qətiyyətlə pisləyib və cinsi zorakılığı etirazları yatırmaq vasitəsi kimi “cəsur etirazçıları qorxutmaq üçün iyrənc tədbirlər” adlandırıb.

Bazar ertəsi, şahidlərin və yaxşı məlumatlı tibbi mənbələrin ifadələrinə əsaslanan istintaq hesabatında, CNN xəbər kanalı məhbuslara qarşı cinsi qısnama və təcavüz hallarını, cinsi qısnama və zorlama zamanı bəzi qurbanların səssiz qalmalarını təmin etmək üçün çəkilişləri üzə çıxarıb.

Dövlət Departamentinin sözçüsü bəyan edib ki, ABŞ birtərəfli və çoxtərəfli tədbirlər və BMT-yə müraciət etməklə xalqa zülm etdiyinə görə İran hakimiyyətinin cavabdehlik daşımasını tələb edir.
👍10👎2
Media is too big
VIEW IN TELEGRAM
İranın Quçan şəhərində etirazçılar xalqa divan tutan yarımhərbi və radikal “Bəsic” qüvvələrinin bazasını Molotov kokteyllərlə yandırdılar✌️🔥

قوچان: معترضان پایگاه «بسیج» را با کوکتل مولوتف به آتش کشیدند
👍21
Daha bir güneyli milli fəal saxlanıldı😔🤬🤘

Güney Azərbaycanın milli fəallarından olan Məhəmməd Hacılı noyabrın 22-də İran təhlükəsizlik qüvvələri tərəfindən atasının evinə basqın etməklə saxlanılıb.

Təhlükəsizlik orqanının əməkdaşları azərbaycanlı milli fəalı həbs edərək şəxsi əşyalarını və mobil telefonunu müsadirə etdikdən sonra naməlum yerə aparıblar.

Milli fəalın harada olması, eləcə də ona qarşı irəli sürülən ittihamlar barədə hələlik ətraflı məlumat yoxdur.

Qeyd edək ki, ötən həftə Güney Azərbaycanın Xoy şəhərində keçirilən etiraz aksiyaları zamanı 30-dan çox azərbaycanlı fəal həbs olunub.

بازداشت فعال ملی آذربایجان «محمد حاجیلو»
🤬22👎1
İrandakı etirazlarda həbs olunan qadınlar təcavüzə məruz qalır

Bu barədə CNN hadisə şahidlərinə istinadən məlumat yayıb.

Həbs olunan qadının sözlərinə görə, o, polis məntəqəsində bir gün saxlanılıb və ona da qarşı cinsi zorakılıq əməli törədilib.

Habelə o da qeyd olunub ki, artıq 2 aydan çoxdur davam edən etiraz aksiyalarında ən azı 378 nəfər öldürülüb, xeyli sayda insan yaralanıb və 15 minə yaxın aksiya iştirakçısı həbs olunub.

Həmçinin əlavə olunub ki, aksiyaya qoşulan qadınların həbs olunması üçün videomateriallardan istifadə olunur və hətta aksiyalara qatılmayaraq sosial şəbəkə hesablarında etiraz edənlər də həbs edilir və işgəncələrə məruz qalır.
👎18🤬5
Media is too big
VIEW IN TELEGRAM
İran məhkəməsi minlərlə insanın həbs edildiyini təsdiqləyib

İran məhkəmə sistemi sözçüsü Məsud Sitayeşi Məhsa Əmininin öldürülməsindən sonra ölkənin əksər əyalətlərində başlayan etiraz aksiyaları zamanı 2400 nəfərin həbs edildiyini açıqlayıb.

Bildirib ki, daha 1118 nəfər isə hökumətin müxaliflərə qarşı təqibləri çərçivəsində ittiham olunub və işlərinə baxılmasını gözləyirlər.

Sitayeşinin dediyinə görə, sentyabrın ortalarından bu günə kimi ölkəni bürümüş nümayişlərdə rol oynadıqları üçün İran üzrə ümumilikdə 2432 etirazçı məhkəmələr tərəfindən ilkin hökmlər alıb.

İnsan Haqları Təşkilatlarının noyabrın 21-i axşam saatları yaydıqları məlumata görə, İranda etiraz aksiyaları başlayandan bu günə kimi 17 mindən çox vətəndaş həbs edilib.
🤬16👍2👎1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Məşhəd şəhərində bu gün etirazlar davam edir✌️🔥

امروز: ادامه اعتراضات در مشهد

#Məşhəd #etirazlar #molla_rejimi
🔥20👍6
İranın polis polkovniki Turac Ardalan bir neçə dəqiqə öncə Tehranın Vəliəsr xəstəxanasında ölüb

فوت سرهنگ توراج اردلان افسر نیروی انتظامی دقایقی پیش در بیمارستان ولیعصر تهران
👍29😁4👏3
🔷 Naxsa - İslam İnqilabı Keşikçiləri Korpusunun Muxtar Qüvvələri

Bu, SEPAH-a bağlı bir qrupdur və İslam Respublikasının əleyhdarlarını mülki geyimdə qətlə yetirir.

Bu qrup SEPAH-ın təşkilat planında rəsmi olaraq müəyyən edilmədiyinə görə, İİKK qətllərin məsuliyyətini “mülki geyim, terrorçular, xarici agentlər və s. üzərinə atır.

Çox güman ki, 10 yaşlı Kiyan Pirfəkəkin ailəsinin avtomobili də eyni qrup tərəfindən güllələnib.
🤬24👍2😁1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bir neçə saat öncə molla rejimin caniləri Sənəndəc şəhərinin Vəhdət qəsəbəsində bir qrup tələbəyə atəş açıb😡🔥✌️

Hökumət qüvvələrinin silahlı hücumu nəticəsində 16 yaşlı yeniyetmə ağır yaralanaraq Kövsər xəstəxanasına aparılıb.

#İran_rejimi #tələbə #etirazlar #zorakılıq
🤬27😢2😁1
🇺🇸 Amerika SEPAH-ın Kürdüstan bölgəsinə hücumunu pisləyib

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays İslam Respublikasının bölgədəki kürd partiyalarına qarşı hərbi əməliyyatını İraqın ərazi bütövlüyünün pozulması adlandırıb və bunu pisləyib.

Ned Praysın bəyanatında deyilir: “İraqın ərazi bütövlüyünün pozulması noyabrın 20-dən 22-dək ölümcül hücumlarla davam edib. Birləşmiş Ştatlar İraqın ərazi bütövlüyünün həyasızcasına və dəfələrlə pozulmasını qətiyyətlə pisləyir və İrandan bu zorakılıq və təhdidləri dayandırmasını tələb edir.
👍9