Azad İran
5.78K subscribers
36.1K photos
21.9K videos
15 files
9.42K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bu dəqiqələrdə Tehranın Ekbatan bölgəsində repressiv hökumət qüvvələri etirazçıları atəşə tutur🤬

#Tehran #etiraz #repressiv_qüvvələr #atəş

‌ اکباتان
سه‌شنبه ۱ آذر ۱۴۰۱
🤬20👍3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İranın Fars əyalətinin Mehr qəsəbəsində hökumət əleyhinə etiraz aksiyası keçirilir🔥✌️

Etirazçılar bütün xalqı etirazlara qoşulmağa çağıran şüar səsləndirir: "Qorxmayın, qorxmayın, biz birlikdəyik!"

شهرستان مهر از توابع استان فارس امشب اول آذر

"نترسید نترسید ما همه با هم هستیم"

#İran #etirazlar
👍24
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İranın Sari şəhərində inqilabçı gənclər xalqa divan tutan yarımhərbi radikal "Bəsic" qüvvələrinə məxsus qərargaha Molotov kokteylləri ilə od vurdu✌️🔥

ساری، جوانان انقلابی یک پایگاه بسیج را به آتش کشیدند.
سه‌شنبه ۱ آذر

#İran #bəsic_qərargahı #molotov_kokteyli
👍22👎2🔥2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İranın Səbzvar şəhərində azadlıqsevər gənclər radikal və yarımhərbi "Bəsic" qüvvələrinə qərargahına yandırdı.✌️🔥

‌آتش زدن پایگاه بسیج سبزوار
سه‌شنبه ۱ آذر ۱۴۰۱

#İran #radikal_bəsic
👍22🔥4👎1
AZ ƏVVƏL:
İranın Kermanşah şəhərində SEPAH komandiri polkovnik Səid Beheşti-rad qəzəbli etirazçılar tərəfindən öldürüldü🔥
👍62👏6👎3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İran rejimi etirazçılara qarşı sinir sistemini zədələyən partlayıcı qaz kapsullarından edir😡

Etirazçılara qarşı istifadə olunan heksaxloroetan qazı, çox güman ki, mərkəzi sinir sisteminin fəaliyyətini müvəqqəti pozan sinir agentidir.

Kapsullar yandırıldıqdan sonra, xlorun sink metalı ilə birləşərək solğun yaşıl qaz olan xlorid əmələ gətirir.

Xlor və sink ionu ilə zəhərlənmənin ən bariz ilkin təsirləri qusma, dərinin qıcıqlanması və öskürəkdir, lakin uzun müddətdə qaraciyər xərçənginə, dəri allergiyasına və böyrək çatışmazlığına səbəb ola bilər.

#İran_rejimi #etirazçılar #qaz_kapsulları
🤬14👍2
İranda ümumerməni Yeparxiyası repressiyalara dəstək verib🤬🇦🇲🇮🇷

SEPAH-a bağlı “Fars News” agentliyi yazır ki, İranda Ümumerməni Yeparxiyası repressiyalara dəstəkləyərək, etirazçıların cəzalandırılmasına çağırış edib.

Şərqi Azərbaycan əyalətində yaşayan ermənilərin arxiyepiskopu Qriqor Çiftçiyan İranda son etiraz aksiyaları ilə bağlı bəyanat yayıb.

O, İran rəsmilərinin fikirlərini təkrar edərək etirazçıları düşmən adlandırıb və onları terrorçu, iğtişaşçı kimi qələmə verərək nümayişçilərin hərəkətlərini pisləyib.

İranda yaşayan bütün xalqların bərabər hüquqa malik olduğunu iddia edən erməni din xadimi etirazçıları fitnəkarlıqda ittiham edib.

Çiftçiyan etiraz aksiyalarının yatırılmasını istəyib və bu yöndə İran hökumətinin repressiv addımlarına dəstək verdiklərini bildirib.
🤬30👍3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Tehran Reabilitasiya Elmləri və Sosial Sağlamlıq Universitetinin tələbələri rektorun ofisinin önündə oturaq aksiyası keçirib🔥

Etiraz edən öyrəncilər həbsdə olan tələbələrin sərbəst buraxılmasını tələb ediblər.

Oturaq aksiyası zamanı "Tələbə ölər zillət qəbul etməz", "Məhbus tələbə sərbəst buraxılsın" kimi şüarlar səsləndirilib.

تجمع اعتراضی دانشجویان دانشگاه تهران در مقابل دفتر ریاست دانشگاه

#Etiraz #tələbə #Tehran #zorakılıq
👍15🔥3🥰1
Təbrizli millət vəkili İran hakimiyyətini etirazçıların səsini eşitməyə çağırdı

Təbriz Üskü və Tufarqan (Azərşəhr) şəhərlərinin İran parlamentindəki millət vəkili Məsud Pezeşkiyan ölkədə davam edən etiraz aksiyaları ilə bağlı fikirlərini paylaşıb.

"Problemlərin həlli, etirazların iğtişaşlara çevrilməsinin qarşısını almaq üçün xalqın səsini eşitmək, vətəndaşlara qarşı ədalətli və insaflı davranmaq lazımdır",-deyə, azərbaycanlı millət vəkili bildirib.

O, ölkənin yalnız bir qrupa aid olmadığını və başqalarına da inkişaf üçün şərait yaradılmasının vacibliyini vurğulayıb.
👍21
İranlı ekspert anti-Azərbaycan kampaniyasına ara vermir

İran hökumətinin sifarişi ilə illərdir Azərbaycan əleyhinə ən qatı mövqedən çıxış edən Tehran Universitetinin müəllimi, özünü Qafqaz üzrə “siyasi şərhçi” kimi qələmə verən Ehsan Movəhhediyan adlı şəxs özünün “Tvitter” hesabında ötən gün Azərbaycanda səfərdə olan ABŞ Konqresinin üzvü Mayk Doran və İsrailli professor Brenda Şafferin Xudafərin bölgəsinə baş çəkməsi ilə bağlı video paylaşaraq yazıb:

“Psixoloji müharibə mütəxəssisləri və İranda xaos və paraçalanmanın İsrail və ABŞ-dan olan nəzəriyyəçiləri ölkəmizin “Bakı Respublikası” ilə sərhədinə gələrək dolaşırlar. Bu quldurların üzərinə səs bombası yağdırmaq və saçma tüfəngindən atəş açmaq lazım idi ki, qaçsınlar və bir daha qələt edib İran sərhədinin kənarına gəlməsinlər”.

Daim İran-Azərbaycan əlaqələrini korlamağa ciddi cəhd edən bu militarist ekspert daha sonra İran hakimiyyətinə səslənib: “Bir dəfə də ciddi olun, onların bu “həyasızlığı” İranın dini və yumşaq yanaşmasına cavab idi!”
👍7👎3
İranın Zahedan şəhəri
SEPAH qüvvələri 7 yaşlı Həsti Naruyi adlı qızcığazı başından güllələyərək öldürdü😢🤬

زاهدان
عکس «هستی نارویی» 7 ساله که بر اثر اصابت گلوله نیروهای سپاه به سرش جان باخت

#Zahedan #SEPAH #7_yaşlı_qızcığaz #güllələmə
😢22🤬15👎4👍1😱1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İranın Hormozqan əyalətinin Podol kəndi🔥

Qəzəbli etirazçılar küçələrə axışaraq xalqa divan tutan yarımhərbi və radikal “Bəsic” qüvvələrinə qarşı “Xalqa vəfasız bəsici, sonunuzdur, kef edin” şüarı səsləndiriblər.
👍12
Həbsdə olan güneyli qadın fəala işgəncə verilib😔🤘

Şərqi Azərbaycan əyalətinin Binab şəhərindən olan gənc fəal Leyla Nasiri ağır fiziki zorakılığa məruz qalıb, döyülüb.

Noyabrın 21-də etiraz aksiyasında saxlanılan xanım fəalın Marağa şəhər həbsxanasına köçürüldüyü bildirilir.

Ona qarşı irəli sürülən ittiham barədə hər hansı məlumat verilməyib.

ضرب و شتم، بازداشت و انتقال لیلا ناصری به زندان مراغه
🤬19👎3👍1
BMT-nin İnsan Haqları üzrə Ali Komissarı: "İranda vəziyyət kritikdir"

BMT-nin İnsan Haqları üzrə Ali komisarı Volker Türk İran hakimiyyətinin ümumxalq etirazlarına reaksiyasının aqressivləşməsinə toxunaraq, son iki ayda etirazlarda ən azı 300 nəfərin həlak olduğunu bildirib.

BMT İnsan Haqları üzrə Ali Komissarlığının sözçüsü Ceremi Lourens noyabrın 22-də İsveçrənin Cenevrə şəhərində keçirdiyi mətbuat konfransında bildirib ki, son günlər İranda etiraz aksiyaları nəticəsində ölənlərin sayının artması, o cümlədən iki uşağın ölümü və təhlükəsizlik qüvvələrinin reaksiyasının zorakı xarakter alması ölkədəki vəziyyətin böhranlı həddə çatdığını təsdiqləyir.

BMT İnsan Haqları Şurası bu həftə Cenevrədə İranda etirazların vəziyyətini nəzərdən keçirmək üçün iclas keçirməyə hazırlaşır. Görüşdə bir sıra diplomatların, etiraz şahidlərinin və qurbanların iştirakı gözlənilir.

İclasda təklif edilən məsələlərdən biri də İranda davam edən repressiyalarla bağlı faktaraşdırıcı komissiyanın yaradılması olacaq.
👏11👍1
İsrail hərbi kəşfiyyatının rəhbəri: “İran diqqəti ölkədəki etirazlardan yayındırmaq üçün Qətərdə keçirilən dünya çempionatına hücum etmək imkanını nəzərdən keçirir”

Britaniyanın “Daily Mail” nəşrinin yazdığına görə, o, deyib ki, hazırda Tehranın sürətli hücumundan qorxan yeganə amil dünya çempionatının ev sahiblərinin cavabıdır.

Haliva bildirib ki, İranda ümumi etirazlar veteran üsyanına çevrildiyi üçün ölkənin siyasi rejimi bundan çox narahatdır.

"Ölənlərin sayı, milli simvollara edilən hücumlar - bu, rejimin, xüsusən də qurbanlarla bağlı ciddi narahatlığına səbəb olur, hazırkı mentalitet və çətin iqtisadi vəziyyət", - o deyib.

İsrailli general hökumətin ölkədəki vəziyyətdən çox narahat olduğunu və siyasi rejimin mövcudluğunu təhdid etdiyini mühakimə edib. Lakin zabitin sözlərinə görə, hazırda rejimin susması səbəbindən real təhlükə yoxdur.

"İrana təzyiq artdıqca, ölkənin cavabı daha da aqressivləşir", - Haliva qeyd edib. / ”AZfront”

#Qətər #dünya_çempionatı #terror
👍8👎1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Noyabrın 20-də İranın Ərak əyalətinin Məhəlat şəhərində işdən qayıdarkən 14 yaşlı İlya Rzayi SEPAH qüvvələri tərəfindən güllələnib😢🔥✌️

O, yaralansa da, SEPAH qüvvələri ona avtomobildə və sonradan SEPAH qərargahında şokedici ilə işgəncələr veriblər.
🤬22👎1🤯1
Qəzvində daha bir azərbaycanlı İran hökumət qüvvələri tərəfindən öldürülüb😡🤘

Güney Azərbaycanın Qəzvində şəhərində etiraz aksiyası zamanı öldürülən 22 yaşlı Sepehr İsmailinin yas mərasimi keçirilib.

22 yaşlı azərbaycanlı gəncin İranın hökumət qüvvələri tərəfindən güllələnərək qətlə yetirildiyi bildirilir.

Sepehrin yaxınları hakimiyyətin qətlin səbəbini gizlətmələri üçün onun ailəsinə basqı edildiyini bildirirlər.

سپهر اسماعیلی در اعتراضات قزوین کشته شد
🤬19😢4👍1
İran ölkədə uranı 60% saflığa qədər zənginləşdirməyə başladı

MAQATE Rəhbərlər Şurasının qərarına cavab olaraq, İranın Atom Enerjisi Təşkilatı (AEOA) Fordo nüvə obyektində uranı 60% saflığa qədər zənginləşdirməyə başlayıb. /“İRAN_ru_News”

ایران غنی سازی اورانیوم با خلوص 60 درصد را در فردو آغاز کرد
در پاسخ به مصوبه شورای حکام آژانس، سازمان انرژی اتمی ایران غنی سازی اورانیوم با خلوص 60 درصد را در تاسیسات فردو آغاز کرده است.
👎14🤬8
İranın Yol və şəhərsalma naziri istefa edib

İbrahim Rəisi İranın yol və şəhərsalma naziri Rüstəm Qaseminin istefasını qəbul edib.

“Fars News” xəbər verir ki, İran prezidenti habelə nazirin səlahiyyətlərini müvəqqəti olaraq onun müavini Şəhriyar Əfəndizadəyə həvalə edib.

Rəisi İran-Azərbaycan Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri də olan Yol və şəhərsalma naziri Rüstəm Qaseminin xəstəliyinin ağırlaşması ilə əlaqədar istefasını qəbul edib.

رئیس‌جمهور با استعفای رستم قاسمی موافقت کرد
👍11😁4
TƏCİLİ: SEPAH-ın yüksək rütbəli zabiti Suriyada öldürüldü

İran İnqilabının Keşikçiləri Korpusu bəyanat yayaraq Suriyanın Dəməşq şəhəri yaxınlığında yol kənarında yerləşdirilmiş bombanın partlaması nəticəsində SEPAH-ın Aerokosmik Qüvvələrinin zabitinin öldüyünü təsdiqləyib.

Ötən gecə SEPAH-ın bəyanatında həmin şəxs polkovnik Davud Cəfəri kimi təqdim edilib.

#SEPAH #Suriya #polkovnik
👍26👏3👎1🔥1
İranlı molladan cəfəng iddia: Azərbaycan bütün hərbi bazalarını İsrailin ixtiyarına verib

“Hawzah News” saytının xəbərinə görə, İranın dini rəhbərinin SEPAH-ın Şərqi Azərbaycan vilayətindəki nümayəndəliyinin rəhbəri Əbdülrəhim Nəcəfquluzadə Sərayi sərsəm iddia irəli sürüb: “Azərbaycan Respublikası bütün hərbi bazalarını İsrail və İran İslam Respublikasının digər düşmənlərinin ixtiyarına verib”.

O, ölkədə son iki ayda baş verən hadisələrə toxunaraq kinayə ilə deyib: “Bu gün bizə yol göstərən və öz mediasını düşmənlərin ixtiyarına verən ölkələr müharibədə bütün kimyəvi maddələrdən istifadə ediblər, hansı ki, adətən heç bir savaşda istifadə olunmur”.

ادعای بی اساس حجت الاسلام عبدالرحیم نجقلی زاده سرایی، مسئول نمایندگی خامنه ای در سپاه آذربایجان شرقی: جمهوری آذربایجان همه پایگاه های خود را در اختیار اسرائیل قرار داده است
😁24👍3🤮1