Azad İran
5.66K subscribers
37.7K photos
22.4K videos
15 files
9.47K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
Güney Azərbaycanda divalra kütləvi şəkildə şüarlar yazılır: "Qana qan, cana can
Ağlayır Azərbaycan! Aylar Həqqi"
"Əsra Pənahi, bu qan yerdə qalmaz!"✌️🔥

Xatırladaq ki, sinif yoldaşları ilə birlikdə İslam Respublikası hökumətinin təşkil etdiyi yürüşünə qatılmaqdan imtina edən Ərdəbildən olan 15 yaşlı şagird Əsra Pənahi təhlükəsizlik qüvvələrinin məktəbə basqın edərək onu dəyənəklə vəhşicəsinə döyməsi nəticəsində dünyasını dəyişib.

Güney Azərbaycanın Məlik Kəndi (Məlikan) şəhərindən olan Tibb Universitetinin tələbəsi Aylar Həqqi də bir neçə gün öncə Təbriz şəhərində etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində dünyasını dəyişib.

#Güney_Azərbaycan #qana_qan #cana_can #ağlayır_Azərbaycan
🔥27👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İranda Beheşte-Zərha qəbiristanlığında adları məlum olmayan cəsədlər dəfn edilir

Tarixdə misli görünməmiş cinayət bu gün İranda baş verir, özü də repressiv molla hökumətinin əli ilə.🤬

دفن جسد های بدون اسم در بهشت زهرا.
جنایاتی که در هیچ کجای تاریخ ثبت نشده.

#İran #misilsiz_cinayət #molla_rejimi
😢23👍2🤬2
İranın repressiv molla hökuməti xalqın gecə etirazlarından qorxaraq bütün ölkə boyunca internetə girişi bloklayıb😡✌️

دولت ایران از ترس اعتراضات شبانه اقدام به قطع سراسری اینترنت کرده است

دوشنبه ۳۰ آبان

#İran #internet #blok
🤬23👎1
İranlı diplomat: Qafqazda baş verən proseslər Təl-Əvivdə Azərbaycan səfirliyinin açılmasına səbəb oldu

İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani İLNA-ya müsahibəsində deyib: “İndiki şəraitdə Tehranla Bakı arasında yenidən qarşılıqlı etimad yaranmalıdır ki, ikitərəfli münasibətlər prosesi öz ilkin məcrasına qayıtsın”.

O, Azərbaycanın İsraildə səfirliyinin açılması qərarının səbəblərini və aspektlərini şərh edib: “Diplomatik praktikada bir dövlətin başqa ölkədə səfirlik açması həmin hökumətin xarici siyasəti ilə bağlıdır. Bundan çıxış edərək, Azərbaycanın İsraildə səfirlik açmağa hazırlaşması Bakıya görə tamamilə normal sayılır. Çünki Təl-Əvivlə Bakı arasında 30 ildən artıq əlaqələr var və indi Azərbaycan belə bir addım atıb”.

O deyib: "Nəzərə alaq ki, bu müddət ərzində İsrailin Azərbaycana silah dəstəyi də mühüm komponent sayılır. Həm də, 30 il öncə Bakıda İsrail səfirliyi açıldığı halda, Azərbaycan İranın İsrailə qarşı həssaslığına görə Təl-Əvivdə səfirlik açmaqdan imtina etməyə çalışıb...”.
👏14👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Qətərdə keçirilən İran-İngiltərə oyunundan sonra azarkeşlər "Xameneyiyə ölüm olsun" şüarı səsləndirir✌️

شعار مرگ بر خامنه‌ای بعد از پایان بازی ایران و انگلستان در دوحه قطر

#Qətər #İran #antihökumət_şüarları #azarkeşlər
👍29
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Etirazçılar İran bayrağını yandırdı!

Bazar ertəsi axşam saatlarında Kermanşah əyalətinin Rəvansar şəhərində molla rejimindən narazı etirazçılar İslam Respublikasının bayrağını yandırıblar.

به آتش کشیدن پرچم جمهوری اسلامی توسط معترضین

#İran_bayrağı #etirazçılar #molla_rejimi
🔥20👏8
İraq Xarici İşlər Nazirliyi İranın bu ölkənin şimalına hücumlarını pislədi🇮🇶🇮🇷

İraq Xarici İşlər Nazirliyi noyabrın 21-də yaydığı bəyanatda İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) İraqın Kürd bölgəsi ərazisinə raket zərbələri endirməsini pisləyib.

Bəyanatda deyilir ki, İranın İraqın şimalındakı kürd bölgələrinə raket və dron hücumları ölkənin suverenliyinin pozulması deməkdir.

İraq Xarici İşlər Nazirliyi əlavə edib ki, İraq ərazisi nə döyüş meydanı, nə hesablaşma sahəsi, nə də qonşu ölkələrə zərər vurmaq üçün poliqon deyil.

Qeyd edək ki, İran hökuməti noyabrın 21-i səhər saatlarından etibarən İraqın şimal bölgəsinə raket və dron hücumlarını yenidən başladıb.

İran rəsmiləri İraqın Kürdüstan bölgəsində yerləşən kürd partiyalarını dəfələrlə etiraz aksiyaları təşkil etməkdə və İran ərazisinə qaçaqmalçılıq yolu ilə silah keçirməkdə ittiham edib.

عراق حملات موشکی ایران به شمال عراق را به شدت محکوم کرد
👍10
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İran futbol millisinin Qətərdə İngiltərəyə uduzmasından sonra Tehranda insanlar küçələrə axışaraq sevinirlər😁✌️
تهرانپارس
بعد از باخت باخت تیم خامنه ای  به خیابان آمدند و شادی کردند

#Tehran #İran_futbol_millisi #etirazçılar #antirejim_şüarları
👍30😁4
Media is too big
VIEW IN TELEGRAM
İran milli komandası uduzduqdan sonra Tehranda insanlar kütləvi şəkildə Xameneyiyə qarşı şüarlar səsləndirir:
"Xameneyiyə ölüm olsun", "Xameneyi ulaqdır, bir əli də çolaqdır!"✌️

#İran #Xameneyiyə_qarşı_şüarlar
👍22🔥1
İranda "Cahan-e sənət" qəzeti bağlandı

İranda çıxan və islahatçılara yaxınlığı ilə tanınan "Cahan-e sənət" qəzetinin fəaliyyəti dayandırılıb. Buna səbəb, qəzetdə tanınmış tənqidçi və universitet müəllimi Sadiq Zibakəlamın İzə şəhərində öldürülən 10 yaşlı Kiyan Pirfələklə bağlı yazısının dərc edilməsi olub.

İran məhkəmə sisteminə yaxın "Mizan" qəzeti noyabrın 21-də Mətbuata Nəzarət Şurasının iclasında "Cahan-e sənət" qəzetinin fəaliyyətinin qadağan edilməsi ilə bağlı qərar qəbul edildiyini yazıb.

Xatırladaq ki, noyabrın 16-da Xuzistan əyalətinin İzə şəhərində hökumət qüvvələrinin açdığı atəş nəticəsində bir neçə dinc vətəndaş, o cümlədən Kiyan Pirfələk adlı 10 yaşlı oğlan həyatını itirib./Gunaz

توقیف روزنامه «جهان صنعت» در پی انتشار مقاله‌ای به قلم صادق زیباکلام درباره کیان پیرفلک
🤬8👍2👎2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Qərbi Azərbaycan əyalətinin Tikan Təpə (Takab) şəhəri

Rejim qüvvələri etirazçılara atəş açır😢😡✌️

#Tikantəpə #etirazlar #zorakılıq
🤬23😢2👍1🔥1
Təbrizdə azərbaycanlı musiqiçi və bəstəkar həbs edildi😞🤘

Təbrizli sənətkar Əbülfəz Əbulməali noyabrın 21-də Təbrizdəki iş yerində həbs olunub.

Azərbaycanlı musiqiçi və bəstəkarın həbsinin səbəbləri və harada olması barədə məlumat yoxdur.

Qeyd edək ki, hökumət əleyhinə nümayişlərin əhatə dairəsinin kəskin şəkildə genişlənməsi ilə İslam Respublikası rejiminin qüvvələri Güney azərbaycanlıları geniş həbs dalğasına start veriblər.

Həbs olunanların dəqiq sayı barədə məlumat yoxdur. İnternetin kəsilməsi və bütün media mesajlarının hökumət tərəfindən bloklanması səbəbindən xəbərlər ləng göndərilir.

بازداشت «مرتضی ابوالمعالی» نوازنده و آهنگساز آذربایجان در تبریز
🤬13😢6
İsrail ordusu: "İran uranı 90% saflıqla zənginləşdirilməyə çatdıracaq"

“İslam Respublikası xalq etirazlarının artması və ABŞ və digər Qərb ölkələrinin tətbiq etdiyi sanksiyaların onun devrilməsinə səbəb olacağından son dərəcə narahatdır”. “Jerusalem Post” qəzeti bu iddia ilə çıxış edib.

İsrail ordusunun kəşfiyyat rəisi general Aharon Xaliva deyib ki, İran yəqin ki, yaxın vaxtlarda ən azı simvolik olaraq uranı 90% saflığa qədər zənginləşdirəcək. Bu isə zənginləşdirilmiş uranın hərbi və silah səviyyələri üçün tələb olunan xalislik dərəcəsidir.

Noyabrın 21-də Təl-Əvivdə Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun iclasında çıxış edən Xəlivənin sözlərinə görə, Tehran bu günədək uranın zənginləşdirilməsinin silah həddini keçməyə cürət etməyib.

Ötən həftə “Jerusalem Post” yüksək səviyyəli İsrail mənbələrinə istinadən bildirib ki, ölkə hələ də İranın nüvə avadanlığına genişmiqyaslı hücum etmək niyyətində deyil.

Mənbənin iddiasına görə, İranın nüvə bombası əldə etmək qabiliyyətinə çatmasına hələ iki il var.
🔥7👎4👍3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
TƏCİLİ:
Həmədanda Xameneyinin şəkli olan baner qəzəbli gənclər tərəfindən yandırıldı
🔥
آتش زدن تصویر خامنه ای در همدان توسط جوانان این شهر

#Həmədan #Xameneyi #baner #qəzəbli_gənclər
🥰38🔥19👍12👏129🤩2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Zəncanda azərbaycanlı gənclərin İran millisinin məğlubiyyətindən sonra sevinci👍

شادی جوانان آذربایجانی در زنجان پس از شکست تیم ملی ایران
92👍7😁7
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İranın Buşehr şəhərində Qasım Süleymaninin heykəli yandırılır🔥✌️

آتش زدن مجسمه قاسم سلیمانی در بوشهر

#İran #Qasım_Süleymani #heykəl #etirazlar
🥰4122👍18🔥12👏6
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ötən gecə: Güney Azərbaycanın Xana (Piranşəhr) şəhəri😡

SEPAH molla rejimindən narazı xalqla əsl müharibə aparır

پیرانشهر: سپاه وارد جنگ واقعی با مردم ناراضی از رژیم آخوندی شده است

#Güney_Azərbaycan #Xana #SEPAH #savaş #etirazçılar
🤬14
Şovinist molla rejimi dinc əhaliyə qarşı insanlıqdan kənar amansız divan tutur😡

İranın müxtəlif şəhərlərində hökumət qüvvələri hazırda etirazçılara qarşı döyüş silahlarından və iriçaplı pulemyotlardan istifadə edir...

رژیم آخوندهای شوونیستی به طرز غیرانسانی مردم غیرنظامی را به رگبار می بندد

#Molla_rejimi #etirazçılar #döyüş_silahları
🤬27