Azad İran
5.1K subscribers
32K photos
19.9K videos
15 files
9.27K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Qərbi Azərbaycan əyalətində kütləvi etirazlar səngimək bilmir🔥✌️

Məlumatlara görə, Bəykəndi (Bukan) şəhərində təhlükəsizlik orqanının azı bir zabiti öldürülüb.

Videoda İran hökumət qüvvələrinin etirazçılara atəş açdığı görünür.

اعتراضات مردمی در استان آذربایجان غربی فروکش نمی کند

#Qərbi_Azərbaycan #Bəykəndi #etirazlar
🤬14
BMT-nin Üçüncü Komitəsi İranla bağlı qətnamə qəbul edib

Birləşmiş Millətlər Təşkilatının Üçüncü Komitəsi İranla bağlı qətnamə qəbul edib. Qətnamədə İranda insan haqlarının pozulmasını pislənilib.

Noyabrın 16-da 28 əleyhinə, 68 bitərəf və 80 lehinə səslə təsdiq edilən qətnamədə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası İran hökumətinin çıxardığı ölüm hökmlərinin çoxluğundan narahatlığını ifadə edib.

BMT Baş Assambleyasının 3-cü Komitəsinin qətnaməsində İranda etirazçıların sərt şəkildə susdurulmasına toxunulub, İslam Respublikasından dinc nümayişçilərə, xüsusilə də qadın və uşaqlara qarşı həddindən artıq güc tətbiq edilməsinə son qoymağı tələb edilib.

Kanada hökuməti qətnaməni üçüncü komitəyə təklif edib. Böyük Britaniyanın BMT Baş Assambleyasındakı nümayəndəsi isə qətnaməni dəstəkləyərək, İranda insan haqlarının vəziyyətinin getdikcə pisləşdiyini bildirib.

تصویب قطعنامه ای درباره ایران توسط کمیته سوم سازمان ملل

#BMT #İran #etirazlar
👍16
İranda nümayişlərin və tətillərin pik nöqtəyə çatdığı bir vaxtda ümummilli üsyan üçüncü ayına qədəm qoyub

Noyabrın 16-da İranda baş verən etiraz dalğasında Xuzistan əyalətinin İze şəhərində silahlı hücum olub.

Bir tərəfdən İslam Respublikasının hakimiyyət orqanları və mediası “insanlara və xalqa divan tutan yarımhərbi və radikal Bəsic qüvvələrinə atəş açan “terrorçu” motosikletçilərin silahlı hücumu barədə məlumat yayıb. Digər tərəfdən, etirazçılar sosial şəbəkələrdə təhlükəsizlik və Bəsic qüvvələrini xalqa atəş açmaqda ittiham edirlər.

Xuzistan əyalətinin təhlükəsizlik orqanları İze şəhərində baş verən silahlı insidentdə azı 6 nəfərin öldüyünü, 10 nəfərin yaralandığını bildirib. Onlardan bəzilərinin “mülki geyimli” Bəsic ünsürləri kimi tanınan təhlükəsizlik qüvvələri olduğu bildirilir.

آغاز سومین ماه قیام سراسری در اوج تظاهرات و اعتصابات

#İran #etirazlar #repressiv_Bəsic_qüvvələri
👍7
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ürəkdağlayan görüntülər: İranda xalq etirazlarının 10 yaşlı qurbanının videosu yayıldı😢🤬✌️

Dünən, noyabrın 16-da İranın repressiv qüvvələri tərəfindən qətlə yetirilən 10 yaşlı Kiyan Pirfələkin qohumları: “Kiyan və atasının olduğu avtomobil hərbçilər tərəfindən atəşə tutulub”.

حاوی صحنه‌های دلخراش

نزدیکان کیان پیر فلک کودک کشته شده بدست ماموران سرکوبگر:

خودروی حامل کیان و پدرش توسط ماموران هدف گلوله قرار گرفته است

چهارشنبه ۲۵ آبان ۱۴۰۱

#İran #etirazlar #günahsız_uşaq #Kiyan_Pirfələk
🤬18😢5
Güneyli fəalların həbsi davam edir: təbrizli fəal tutuldu🤘

Sosial media fəallarının yaydığı məlumata görə, güneyli gənc fəal Fərhad Aftabi Təbrizin Əndişə məhəlləsində İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Onun həbs səbəbi və nədə ittiham olunduğu, hara aparıldığı barədə heç bir məlumat verilməyib.

Qeyd edək ki, fəalın noyabrın 13-də tutulmasına baxmayaraq, insan haqları təşkilatları və milli fəallar bu barədə noyabrın 16-da məlumat əldə edə biliblər.

تداوم دستگیری‌ها در آذربایجان؛ «فرهاد آفتابی» در تبریز بازداشت شد

#Güneyli_fəal #Fərhad_Aftabi #həbs
🤬15👍2
Bill Klintondan İranda etirazçılara mesaj: “Azadlığa qədər yanınızdayıq”

ABŞ-ın keçmiş prezidentlərindən olan Bill Klinton İranda etirazçılara dəstək verib.

Videomüraciətində o, iranlıların, xüsusən də azadlığı uğrunda mübarizə aparan qadın və qızların cəsarəti qarşısında baş əydiyini bildirib.
“Bu mübarizə hicab məsələsindən kənara çıxır və fundamental hüquqlar, söz və sərbəst toplaşma azadlığı, hicabsız və sərbəst şəkildə məhkəməyə müraciət etmək, habelə onların özləri və uşaqları üçün çox əziz olan arzularını yerinə yetirmək və gələcəklərini qura bilmək hüququ ilə bağlıdır”,-deyə, Klinton qeyd edib.

O, İran hökumətindən repressiyaları dayandırmağı, girov götürdüyü, həbs etdiyi və bir çoxunun tibbi müalicəyə ehtiyacı olan məhbusları sərbəst buraxmağı tələb edib.

“İran xalqının bizə ehtiyacı var. Onlar bizim beynəlxalq birliyin bir parçası olmaq istəyirlər”,deyən Klinton sonra vurğulayıb.

پیام بیل کلینتون به مردم ایران: تا آزادی در کنار شما هستیم

#Bill_Klinton #İran_xalqı #azadlıq #etirazlar
👍12🤬1
Media is too big
VIEW IN TELEGRAM
Tehran metrosunda repressiv hökumət qüvvələri "Qadın, Həyat, Azadlıq" və "Diktatora ölüm olsun!" şüarları səsləndirən sərnişinlərə qarşı güllə və gözyaşardıcı qazdan istifadə edib😡

Metronun stansiyasında hökumət qüvvələri vaqonların içərisinə də gözyaşardıcı qaz atıb.

#Tehran #metro #repressiv_qüvvələr #gözyaşardıcı_qaz #etirazçılar
🤬17
Təbriz zindanında Azərbaycan bayrağı üstündə dava düşdü: Mili fəal yaralandı✌️🇦🇿

Təbriz həbsxanasında saxlanılan tanınmış idmançı və milli fəal Kərim İsmayılzadəyə hücum olub.

Milli fəala basqı etmək üçün onu ağır cinayətlər törətmiş məhkumlarla bir kameraya köçürüblər.

Noyabrın 16-da zindanda üç məhbus Azərbaycan bayrağını təhqir edib və Kərim İsmayılzadəyə hücum ediblər.

Məcburi davaya cəlb olunan milli fəalın hücum edənlərdən ikisinə müqavimət göstərdiyi, üçüncü hücumçunun isə qaçdığı bildirilir.

Bundan sonra xüsusi təyinatlı dəstə bölməyə girib, yaralanan Kərim İsmayılzadə zindanın tibb məntəqəsinə aparıldıqdan sonra xüsusi bölməyə köçürülüb.

Qeyd edək ki, milli fəala qarşı irəli sürülən ittihamlardan biri də şəxsi avtomobilindən Azərbaycan bayrağını asmaqdır.

Hadisənin zindan rəhbərliyi və hökumət qüvvələri tərəfindən məqsədli şəkildə cinayətkar şəxslərin əli ilə törədildiyi bildirilir.

درگیری در زندان تبریز و ورود گارد ویژه به بند زندانیان سیاسی

#Güneyli_fəal #həbs #Azərbaycan_bayrağı
🤬15
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İranda iki naməlum motosikletçi insanlara və təhlükəsizlik qüvvələrinə atəş açdı: çox sayda ölən və yaralanan var😡🔥

Ötən gecə Xuzestan əyalətinin İze şəhərində baş verən qanlı hadisə nəticəsində biri uşaq, biri yaşlı qadın və ikisi kişi olmaqla 4 nəfər ölüb və çoxlu sayda insan yaralanıb.

Terror aktı qurbanlarından bəzilərinin vəziyyəti ağırdır. Öncəki günlərdə etiraz aksiyalarına çağırışlardan sonra noyabrın 16-ı saat 19:00-da şəhərin bir sıra yerlərində 40-50 nəfərlik qruplar halında toplaşan insanlar anti-hökumət şüarlar səsləndiriblər.

Daha sonra hökumət qüvvələri gözyaşardıcı qazdan istifadə edərək aksiya iştirakçılarını dağıdıblar. Aksiyaçılar davam edərkən, iki motosiklet sürücüsü təhlükəsizlik qüvvələrinə Kalaşnikov silahı ilə atəş açaraq 10 nəfəri öldürüb və yaralalayıb.

#İran #Xuzestan #İze #terror #etirazlar
👍10
TƏCİLİ: Bu dəqiqələrdə İranın İlam əyalətinin Sərable şəhərində rabitə idarəsinin binası yandırıldı

آتش زدن ساختمان مخابرات،سرابله ۲۶ آبان، ایلام
👍23👎1👏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İranda mülki geyimli polislər vətəndaşa pnevmatik tapança ilə hücum edərək işgəncə verib🔥

Hökumət qüvvələri daha sonra ona yaxın məsafədən atəş açaraq avtomobilini yararsız hala salıblar.
🤬16
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Zəngan əyalətində xalqa divan tutan yarımhərbi və radikal “Bəsic” qüvvələrinin qərargahına od vurdu🔥✌️
👍16
İranda daha iki qaşqay fəal həbs olundu🤘

Qaşqay fəalların verdiyi məlumata görə, noyabrın 16-da İranın ETTELAAT Nazirliyinin əməkdaşları Fars əyalətinin Abadə şəhərində yaşayan Məhəmmədtağı Zülqədr və Bəhram Kiyaninin evlərinə hücum ediblər.

Hökumət qüvvələri adıçəkilən qaşqay fəalları vəhşicəsinə döyüb və qandallayaraq naməlum yerə aparıblar.

Onların nədə ittiham olunduqları barədə hər hansı açıqlama verilməyib.

Xatırladaq ki, noyabrın 15-də də Buşehr əyalətinin Usləviyə, Fars əyalətinin Firuzabad və Şiraz şəhərlərində 5 qaşqay fəal həbs edilib.

دستگیری دو تن دیگر از تورکان قشقایی در شهرستان آباده در ادامه موج گسترده بازداشت فعالان قشقایی

#İran #qaşqaylar #etirazlar #həbs
🤬12👍2
İranda daha bir rejim canisi xalq tərəfindən məhv edildi🔥

Dünən gecə İsfahanda xalqa divan tutan yarımhərbi və radikal Bəsis qüvvələrinin polkovniki İsmayıl Çıraqi ağır yaralanmışdı, bu gün isə ölüb.

#İran_rejimi #Bəsic #etirazlar
👍435👏3
Media is too big
VIEW IN TELEGRAM
İranda azadlıq uğrunda etirazlar tam gücü ilə davam edir✌️🔥

Dünən gecə Yəzd şəhərində xalqı təhdid edən SEPAH terror qüvvələri döyülüb.

#İran #etirazlar #SEPAH
👍30
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Tehranda qəzəbli kütlə ayağa qalxdı🔥✌️

Qorxaq silahlı SEPAH terrorçuları əliboş xalqdan qorxaraq qaçıb.
🔥21👍2👏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Tehranın Ekbatan qəsəbəsində etirazçılarla hökumət qüvvələri arasında toqquşma baş verdi🔥✌️

Məlumatlara görə, son üç gündə və ölkədə baş verən ümumi tətillə eyni vaxtda hökumət qüvvələrinin zorakılığının intensivliyi artıb.
👍24👎2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
SON XƏBƏR:
Qərbi Azərbaycan əyalətinin Bəykəndi (Bilən) şəhər bələdiyyəsi etirazçı xalqın nəzarətinə keçdı
👍38👏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Azadlıq uğrunda həyatını itirən gənc oğlan İsa Bəglərinin atası "Xameneyiyə ölüm" fəryadı çəkir.🔥🔥

#İran #azadlıq #repressiv_qüvvələr #öldürülən_gənc
👍38👏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İsfahan Universitetinin öyrənci yataqxanası repressiv İran məmurları tərəfindən birbaşa atəşə tutulub😡✌️

#İsfahan_Universiteti #repressiv_qüvvələr
🤬19